Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Milli Şuranın İdarə Heyətinin gizli siyahısı

 

     "xeberinfo.com":Milli Şuranın Sədr Aparatının formalaşdırılmasından sonra, onun İdarə Heyətinin yaradılması prosesinə də start verilib. Bu haqda Milli Şura sədrinə yaxın mənbələrdən məlumat daxil olub. Həmin məlumata görə, artıq Milli Şuranın İdarə Heyətinin layihə-siyahısı hazırlanıb və tanış olmaq üçün təsisçi təşkilatlara göndərilib. İddia olunur ki, Milli Şuranın rəhbər strukturuna hər təsisçi təşkilatdan iki nəfər salınıb. Əlavə olaraq, müstəqil ictimaiyyətçilər, tanınmış ziyalıların bəziləri də siyahıya salınıblar. Məsələnin maraqlı tərəfi isə budur ki, bütün bunlar ictimaiyyətə və mediaya qapalı şəkildə həyata keçirilir. 

   Milli Şuranın narazı üzvlərindən biri bildirib ki, bu proses şəffaf deyil, prinsiplər məlum deyil; İdarə Heyətini isə ancaq sessiya müəyyən edə və seçə bilərdi: “Hətta sədrin də bu səlahiyyəti yoxdur. Sədrə ancaq Sədr Aparatını formalaşdırmaq həvalə olunmuşdu. İdarə Heyəti məsələsi barədə sessiyada qərar verilməyib”. 

    Bizə çatan məlumatlara görə, ötən ilin sonlarında təsisçi təşkilatlardan ikisi İdarə Heyəti layihə-siyahısı ilə bağlı özünün neqativ münasibətini C. Həsənliyə bildirib. Bəzi Milli Şura üzvləri isə narahatdır ki, İdarə Heyəti bir partiyanın (AXCP) dominantlığı əsasında formalaşdırılacaq.

    Milli Şuradakı qurumlardan bir neçəsinin məsələ ilə bağlı mövqeyini öyrəndik. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, Milli Şuranın strukturunun formalaşması və bundan sonrakı fəaliyyətlərlə əlaqədar müəyyən məsləhətləşmələr gedir. Bu müzakirələrdə Müsavat Partiyası da iştirak edir və hazırlanan layihələrdən xəbərdardır. 

    AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, təmsil olunduğu partiyaya belə bir layihə-siyahının daxil olduğundan xəbərsizdir: “Daxil olsaydı məlumatım olardı. Mən maraqlanmışam Nizamnaməyə dəyişiklik edilməsi və idarə edici strukturun formalaşdırılması ilə bağlı layihələrin hazırlandığı barədə məlumatlıyıq”.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam