Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

YAP-DAKI ÇUĞULLAR... -Hikmət Babaoğlu "səhv"etməkdə davam edir

Fərəməz Maqsudov və Əli Nağıyev Heydər Əliyevə saxta məlumat vermişdilər ki...

Yenixeber.org:  "Aprelin 10-da "Yeni Azərbaycan" qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 28 il keçir. Hələ qəzetin 20 illik yubileyində mənim "Xalq qəzet"inin 7 aprel 2013-cü il tarixli sayında “"Yeni Azərbaycan" yeni Azərbaycan uğrunda mübarizədə" adlı müsahibəm dərc edilmişdi.

Həmin müsahibə mənim 2018-ci ildə buraxılan "Yazdıqlarım... Yazılanlar..."adlı kitabımda da çap olunub. Yazını ixtisarla yenidən hörmətli oxuculara çatdırmağa məcburam. Çünki "Yeni Azərbaycan" qəzeti başda baş redaktor Hikmət Babaoğlu olmaqla bilərəkdən hıqiqəti təhrif edir!

"- Xeyrəddin müəllim, Yeni Azərbaycan qəzeti necə yarandı?

- Bilirsiniz ki, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası yaradıldı. Mən də "Heydər Əliyev Partiyası" adlandırılan bu partiyanın yaradılmasında iştirak etdim, kiçik xidmətlər göstərdim. Sonra Heydər Əliyev Bakıya gəldi, partiya üzvləri ilə görüşdü. Görüşdən sonra Heydər Əliyev "Siyasi Şura üzvləri qalsın"dedi. Mən də Siyasi Şuranın üzvü idim. Yeri gəlmişkən, qeyd edim ki, Naxçıvanda YAP təsis olunanda Heydər Əliyev mənə İdarə Heyətinin üzvü olmağı təklif etdi. Mən isə bildirdim ki, jurnalist olduğum üçün tez-tez keçiriləcək iclaslarda iştirak edə bilməyəcəyimdən ehtiyat edirəm. Heydər Əliyev də "onda səni Siyasi Şuranın üzvü seçərik" deyə bildirdi.

...Siyasi Şura yığışdı. Orada bəzi məsələlər müzakirə olundu, o cümlədən, partiyanın qəzetinin yaradılmasının vacibliyi Siyasi Şura üzvlərinin nəzərinə çatdırıldı.

Bəziləri dedi ki, gəlin, qəzetin adını "Yeni Azərbaycan" qoyaq, partiyanın adına uyğundur. Mən isə bildirdim ki, "yeni" sözü ilə çıxan qəzetlər çoxdur, bəlkə başqa ad seçək. Heydər Əliyev "qəzetin adının "Proqress" qoyulması necə olar?" deyə soruşduc(O, həmişə insanların fikrini öyrənmək istəyirdi). Hərə bir fikir söylədi, axırda qəzetin "Yeni Azərbaycan" adı ilə çıxarılması qərara alındı. Sonra üzünü mənə tutub dedi: "Xeyrəddin Qoca, mən bilirəm, sən "Səs" qəzetinin redaktoru olmaqdan imtina etmisən ki, partiyanın qəzeti yaradılacaq... Sən olarsan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru. Biz hələ görüşəcəyik..."

- Heydər Əliyev hansl görüşü nəzərdə tuturdu?

- O, 1993-cü il martın 26-da Rafael Allahverdiyevlə məni qəzetin yaradılmasına hazırlıqla əlaqədar Naxçıvana çağırdı. Heydər Əliyev artıq Naxçıvan MR-in Ali Məclisinin sədri idi. Söhbət zamanı mənə dedi ki, qəzet aprelin 10 - da çıxmalıdır.

- Bəs siz 15 gün müddətinə qəzeti necə buraxdınız?

- Elə məni də o narahat edirdi. Heydər Əliyevə narahatçılığımın səbəbini bildirdim. Dedim ki, belə az vaxtda qəzeti çıxarmaq çətindir. İş otaqları yox, müxbirlər yox, yazılar yox, heç bir avadanlıq yox! Heydər Əliyev dilləndi: "Bürokrat olma, get, qəzeti çıxart!" İndi mənim təkbaşına işə necə girişdiyimi təsəvvür edin. Əlbəttə, Heydər Əliyev dediyi gün - aprelin 10-da qəzetin ilk nömrəsini çıxardım. Hiss etdim ki, kişi məndən çox məmnun qaldı. Çünki o, məni heç zaman üzümə tərifləmirdi. Gülümsəməyindən hər şeyi anlayırdım..."

 

 

İndi görün, Hikmət Babaoğlu "Yeni Azərbaycan" qəzetinin 10 aprel 2021-ci il tarixli sayında nə yazır: "... Həmin dövrdə (YAP yarıdılanda-X.Q.) müxalifətdə olan Yeni Azərbaycan Partiyasının təşkilatlanması və fəaliyyətinin ictimaiyyətə çatdırılması üçün kütləvi informasiya vasitələrinə çıxış vacib idi. Ona görə də partiyanın rəsmi mətbu orqanının yaradılması ideyası ortaya çıxdı. Təşəbbüskarlar bu ideyanı gerçəkləşdirmək məqsədilə partiyanın yaradıcısı Ulu Öndərlə məsləhətləşmək üçün Naxçıvana yola düşdülər.”

Hikmət Babaoğlu, Naxçıvana yola düşən "təşəbbüskarlar" kimlər idi? 

Hikmət Babaoğlu davam edir: "1993-cü ilin mart ayının 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə görüşən, onun xeyir-duasını alan redaksiya heyəti (?!) aprel ayının 10-da qəzetin ilk nömrəsinin işıq üzü görməsinə nail oldu."

Hikmət Babaoğlu, Rəfael Allahverdiyevlə mən Heydər Əliyevlə görüşəndə redaksiya heyəti vardı? Həm də "qəzetin ilk nömrəsi" yox, "ilk sayı" yazılmalıdır!

Qəzetin 20 illiyində də Hikmət Babaoğlu eyni ilə belə uyuşmaz fikirlər yazmaqla, az qala demək istəyirdi ki, qəzetin ilk nömrəsini o çıxarıb!

O zaman redaksiyaya gedib, Hikmətə iradlarımı bildirdim O, xeyli susandan, heç bir arqument gətirə bilmədikdən sonra dilləndi: "Uşaqlar səhv ediblər."

Mən də onun üzünə dedim ki, "səhvi sən, həm də bilərəkdən etmisən!" 

Gördüyünüz kimi, Hikmət Babaoğlu "səhv"etməkdə davam edir! Mən 2013-cü ildə onun bu "səhvini" üzünə desəm də, mətbuata çıxarmadım, yəni çox açıb-ağartmadım. Lakin partiyanın bəzi üzvləri belə "səhvlərə" tez-tez yol verdiklərindən, nəhayət bunları yazmağın vaxtı çatdı.

Məsələn, hamı bilməlidir ki, "91-lər"in Heydər Əliyevə Müraciəti əvvəl "İki sahil" qəzetində, bir gün sonra isə "Səs" qəzetində dərc olunub! Mən bu faktı iki dəfə "Azərbaycan" qəzetində Heydər Əliyev haqqında yazdığım məqalələrdə qeyd etmişəm.

Bəs, niyə "Səs"qəzetinin adı 28 ildir "qəhrəman qəzet" kimi hallandırılır? Hətta, "525-ci qəzetə dövlət tərəfindən 10.000 manat ayrılanda, "Səs"qəzetinə 20. 000 manat ayrılır, niyə? 

 

 

Çünki, "Əlincə" xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs" qəzetini qabağa vermək üçün o zaman Fərəməz Maqsudov və Əli Nağıyev Heydər Əliyevə saxta məlumat vermişdilər ki, guya "91-lər"-in Müraciəti "Səs" qəzetində dərc olunub! Bax, belə! Hələ bu harasıdır?

Partiyada daim insanların, o cümlədən, mənim haqqım yeyilib. Susmuşuq, əzab çəkmişik, dinməmişik. İndiyə qədər belə haqsızlıqlar davam etdiyi üçün kimsə bu haqda danışmalıdır. Bilirəm ki, qarğa-quzğun kimi töküləşəcəklər üstümə, amma daha dözmək olmur! 

Və bilirəm ki, rəhmətlik Ümummilli Liderimiz Heydər Əliyevin və YAP-ın indiki sədri, Azərbaycan Prezidenti İlham Əliyevin bəzi faktlardan xəbərləri olmayıb. YAP-dakı çuğullar nə qədər adamların işsiz qalması üçün rəylər yaradıb, yayıblar, böyük haqsızlıqlar ediblər! Partiya üzvlərinin əməyini "gizlətmək" üçün dəridən-qabıqdan çıxıblar! Mən isə Ümummili Liderdən və onun varisindən daim diqqət və qayğı gördüyümdən, məni tamamilə sıradan çıxara bilməyiblər!

Yenə fakta keçək.

Təsəvvür edin, mənim 14 sentyabr 1990-cı ildə baş redaktoru olduğum "Dan ulduzu" qəzetində Heydər Əliyevin doğma vətəni Naxçıvanda necə hərarətlə qarşılanması haqqında "Xalq məhəbbəti... Böhtançıların aqibəti..." adlı yazım dərc olunur. 

1996-cı ildə Naxçıvanda tərtib olunub Bakıda çıxan "Qayıdış 1990-1993" kitabında isə həmin yazım "Böhtançıların aqibəti..." başlığı altında dərc olunur və imzamın altında "Şərq qapısı"(?) qəzeti, 11-12 dekabr 1992-ci il"(?) yazılır. Yazını oxuyanlar açıq-aydın görürlər ki, əhvalatlar 1990-cı ildə Heydər Əliyevin Naxçıvana qayıdışı ilə əlaqədardır! Lakin kitabı tərtib edənlər bunu bilərəkdən ediblər ki, mənim 1990-cı ildə heç kimin yaza bilmədiklərini yazdığımı "gizlətsinlər!" Axı, 1990-cı ildə Heydər Əliyev haqqında mənim yazdıqlarımı heç kim yazmağa cəsarət etmirdi... 1992-ci ildə Ümummilli Liderimiz haqqında hər kəs yaza bilərdi... Bunu qeyd etməklə özümü "gözə soxmaq" fikrindən çox uzağam, çünki bu, mənim borcum idi.

Nəzərinizə bir faktı da çatdırım. Mən 50 ildir ki, Azərbaycan televiziyalarında və efirlərdə çıxışlar edirəm. YAP yaranandan indiyədək mənə bircə dəfə də çıxış üçün söz verilməyib. Bunu kimlər və nə üçün edirlər? Səbəb məlumdur, mənim kimi adamları unutdurub, özlərini önə çıxarmaq istəyirlər. Özlərini önə çıxarmaq istəyənlərin isə partiyada heç bir xidmətləri, xalq içərisində də heç bir hörmətləri yoxdur! Sadəcə, vəzifədən -vəzifəyə dırmanırlar...

Buna necə dözmək olar ki, partiyanın necə yaradılmasından söhbət gedir, gənc partiya üzvləri çıxıb bilmədikləri məsələdən danışırlar, "91-lər"ə isə qətiyyən söz verilmir!.. Konfrans xatirinə konfranslar keçirirlər, təzə vəzifəyə qoyulan adama söz verirlər, bununla da özlərinə dost qazanırlar ki, sabah ondan bir xahiş edəndə etiraz edə bilməsin!... O təzə vəzifəyə qoyulan da, nəinki azərbaycanca danışa bilmir, ümümiyyətlə mənasız, məntiqsiz danışır...

Partiyaya indiyədək rəhbərlik edənlərin özləri partiyaya və dövlətə sadiq olmadıqları üçün həmişə qeyri-səmimi danışırdılar...

Yaxşıdır ki, partiyanın sədri son qurultayda böyük dəyişikliklər etdi, belələrinin əlindən bəzi səlahiyyətlərini aldı!

Faktları sadalamaqla bitən deyil.

Mən bu yazını yazmaya da bilərdim. Görürəm artıq, bəziləri dözülməz hərəkətləri ilə partiyanın adına ləkə gətirirlər! Nəhayət, hərə öz yerini bilməli, kimin kim olduğu aşkara çıxarılmalıdır!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam