Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Necə deyərlər, həmkar” indi “qiymətli müttəfiq” olub? -Blinken ahəngi dəyişir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken martın 23-də bəyan edib ki, NATO daxili fikir ayrılıqları dövründən sonra güclü olmalıdır və Türkiyəni transatlantik əlaqələrin mərkəzində saxlamalıdır.

Yenixeber.org: Brüsseldə Şimali Atlantika Alyansının mənzil-qərarahında çıxış edərkən ABŞ diplomatiyasının başçısı həm də bildirib ki, Ankara ilə açıq fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton və NATO «olduqca maraqlıdır ki, Türkiyə alyansın mərkəzində qalsın» («Röyter»).

«Türkiyə çoxdankı və qiymətli müttəfiqdir» - DD şefi qeyd edib.

Bu zaman o, bildirib ki, NATO-da qalmaq həm də Ankaranın özünün marağındadır.

Xəbər verildiyi kimi, hələ ABŞ dövlət katibi postuna namizəd olarkən Entoni Blinken yanvar ayının 10-da Konqresin yuxarı palatasındakı dinləmələr zamanı Türkiyəni günahlandırmışdı ki, «o, müttəfiq kimi fəaliyyət göstərmir» və bəyan etmişdi ki, Vaşinqton Ankaraya yönəlik gələcək sanksiyalar (S-400 ZRK ilə bağlı) məsələsinə baxacaq. Bundan bir ay əvvəl Donald Tramp administrasiyası Türiyənin müdafiə sənayesinə yönəlik sanksiya tətbiq etmişdi və Rusiyadan S-400 ZRK alınmasını «ciddi səhv» adlandırmışdı.

İndi isə elə həmin Blinken Ankaraya yönəlik ahəngini dəyişib, Türkiyəni «qiymətli müttəfiq» adlandırsa da, ABŞ əvvəlki kimi, Ankara ilə müttəfiqlik öhdəliklərinə əməl etməkdən yayınır və Suriyada kürd terrorçu qruplara hərtərəfli hərbi-siyasi dəstək verməkdə davam edir. Belədə, sabiq ABŞ prezidenti Donald Trampın təbirincə desək, «görəsən, ABŞ prezidenti Bayden elədiklərinin fərqində ola bilirmi?». Yoxsa ki, bir atalar məsəlində deyildiyi kimi, «sonrakı peşmançılığın faydası olmaz».

 

azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam