Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə S-400 sistemi ilə bağlı qərarını verdi... - AÇIQLAMA

                         "Amerika S-400 məsələsini hər fürsətdə gündəmə gətirir". 

Yenixeber.org: Bunu saytımıza açıqlamasında türkiyəli məşhur hərbi-siyasi eksperti Ceyhun Bozkurt deyib.

Ekspert bildirib ki, ABŞ nə qədər təzyiq etsə də Türkiyə S-400-dən imtina etmək fikrində deyil:

"S-400 məsələsini ABŞ-ın yeni dövlət katibi Entoni Blinken də gündəmə gətirdi. Çünki bu, Türkiyə ilə Amerika arasındakı ən kritik məsələlərdən biridir. S-400 sadəcə havadan müdafiə sistemi deyil, üstəgəl, bir dövlətin vermiş olduğu siyasi qərardır. Buna görə də Amerika narahatdır, Türkiyənin Qərb nəzarətindən uzaqlaşdığını düşünür və Türkiyəni yenidən nəzarət altına almaq istəyir.

Türkiyə isə S-400-dən imtina etməyəcək. Çünki bunun bir neçə səbəbi var:

I. Qərbin təhdidi hələ də davam edir. S-400 sistemi Qərbin silah sistemlərindən fərqli olduğu üçün Türkiyə oradan gələcək təhdidə qarşı NATO sistemi xaricində olan bir sistemə üstünlük verdi. Biz bunu 15 iyul (2016) hadisələri zamanı da gördük, içimizə sızan satqınlar Türkiyə Silahlı Qüvvələrinin hava sistemindən istifadə etdilər. Bu səbəbdən S-400 Türkiyə üçün önəmlidir.

II. Yunanıstan tərəfindən Egey və Ağdənizdə bir təcavüzkar siyasət hökm sürür. S-400 bunun üçün də, Kipr üçün də önəmlidir.

III. Razılaşmaya əsasən də sistemin birinci partiyası gəldi, razılıqlar əldə olundu, qol çəkildi, sistem quruldu, testləri də aparıldı, aparılır da. Bu səbəbdən geri qaytarılması mümkün görünmür. Bir ara üçüncü bir ölkəyə transferinin müzakirə mövzusu olduğu deyildi. Amma bu da mümkün deyil. Çünki razılaşmalarda nəticədə bu, istehsalçı ölkədən icazəsiz ediləcək məsələ deyil.

Buna görə də S-400 məsələsində Amerika Türkiyəni yenidən nəzarət altına almaq niyyətindədir. Atıq alternativ də təklif edilmir. Türkiyə illərlə müttəfiqi olaraq gördüyü ölkələrdən hava hücumundan müdafiə sistemi istədi, amma başda Amerika olmaqla vermədilər. Çinlə razılaşdı, təzyiq göstərib onu ləğv etdirdilər. Razılıq ləğv edildikdən sonra da Türkiyənin hava hücumundan müdafiə sistemi məsələsini həll etmədilər. Türkiyə də 2017-ci ildə S-400 qərarına gəldi.

Türkiyə bu saatdan sonra geri addım atmaz, məsələni diplomatik yolla həll etməyə çalışacaq. Amma ABŞ ilə münasibətlərin gərginləşəcəyi də nəzərə alınarsa, S-400 məsələsindən Türkiyənin geri addım atacağını zənn etmirəm. Tam tərsinə, Türkiyə Rusiya ilə zaman-zaman bəlli coğrafiyalarda lokal gərginliklər yaşasa da, bəlkə də daha çox yaxınlaşacaq".

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu amerikalı yeni həmkarı Entoni Blinkenlə telefonla danışıb. Telefon danışığı Ankaranın Vaşinqtonu sərt tənqid etdiyi saatlara təsadüf edib. Blinken Amerikanın yeni administrasiyasının Türkiyəyə yönəlik xarici siyasətini korrektə edəcəyinə dair bir kəlmə də deməzkən, əksinə Ankaraya ultimatum göndərib: "Rusiyanın C-400 raketlərindən imtina edin!".(milli.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam