Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türk əsgərinin gəlişi Rusiya sülhməramlılarının özbaşınalıqlarını azaldacaq –Açıqlama

“Rus sülhməramlıları özlərini bir qədər yığışdırmalı olacaq”.
Yenixeber.org: Bu sözləri açıqlamasında Monitoriq Mərkəzinin fəaliyyətə başlamasından sonra Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindəki mümkün dəyişiklikləri təxmin edərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:
“Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə Rusiya və Türkiyəli hərbçiləri birgə fəaliyyət göstərməlidirlər. Türkiyəli hərbçilər isə Rusiya sülhməramlıların indi müşahidə edilən bəzi qanunsuzluqlarına sakit qalmayacaq.
Nə separatçıların əli silahlı gəzməsinə, nə də rus hərbçilərinin onlarla əlaqələrinə göz yummayacaqlar. Silahlı separatçıların tərksilah edilməsi tələb ediləcək.  Ona görə də düşünürəm ki, bu günə qədər sülhməramlı missiyasına yaraşmayan bəzi addımlara gedən rus sülhməramlıları özlərini bir qədər yığışdıracaq”. 
Müsahibimiz hesab edir ki, Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə böyük ölçüdə prosesi nizamlaya biləcəyik:

“Qarşı tərəf qarşısında real güc görəcək. Bilirik ki, Moskva Ankaradan bir qədər çəkinir, onunla hesablaşır. Odur ki, Ağdamdakı Monitoriq Mərkəzi qısa zamanda fəaliyyətə başlamalıdır ki, sülhməramlı adı ilə bölgəyə gələn qüvvələrin özbaşınalıqlarının qarşısını müəyyən dərəcədə ala bilək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam