Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“PUTİN BU SARAYDAN İMTİNA EDİB...” –“Yeni "Rus "Maydanı" hazırlığı gedir”

 “Aleksey Navalnının hazırladığı videoda iddia etdiyi saray Putinin deyil. Bu saray Putinin yaxşı tanıdığı bir qrup varlı adama məxsusdur. Bu varlılar 2005-ci ildə Putin istefaya gedəndən sonra yaşaması üçün bu binanı tikiblər. Amma Putin bu hədiyyəni qəbul etməkdən imtina edib”.

Yenixeber.org: Bu sözləri Rusiyanın tanınmış politoloqu Sergey Markov “Exo Moskvı” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Putin həm də ona görə imtina edib ki, binanı tikən tikinti şirkətləri arasında heç də hamısı tanıdığı adamlar olmayıb. Bu sırada anlaşılmaz şəxslər olub və onlar Putinin dostlarının şirkətinə pul qoymaqla bu dəstəyə daxil olmaq istəyiblər: “Putin həm də başa düşüb ki, bu özəl sarayı qəbul etsə, qərb tərəfdaşları onu istefasından sonra rahat buraxmayacaqlar”.

Markovun sözlərinə görə, hələ 10 il əvvəl - 2011-ci ildə bu saray barədə müxalifət dairələri yazıblar və etiraf ediblər ki, sarayın Putinə məxsusluğu barədə heç bir fakt yoxdur: “Putin bu saraydan imtina edib. Odur ki, indi bu saray sahibsizdir. Bəs nə üçün Navalnı, daha doğrusu NATO-nun xüsusi xidmətləri sarayla bağlı artıq bu iylənmiş əhvalatı indi ortaya çıxarıblar? Rusiyaya qarşı mübarizənin yeni mərhələsi başlanıb. Yeni “Rus Maydanı” hazırlığı gedir. Bu, Putinə qarşı fərdi hucumdur və 2020-ci ildən başlanıb. Guya Navalnının Putinin şəxsi əmri ilə zəhərləndiyi yalanı ilə… indi də davam edir. Bu hücumu təşkil edənlər Ukraynada Yanukoviçi uğurla devirə bilmiş strukturlardır. Onlar bilirlər ki, Yanukoviçin qızıl unitazı barədə əfsanə onlara necə kömək edib. İndi bunu “Putinin sarayı” ilə əvəz ediblər”.

Qeyd edək ki, müxalifətçi Aleksey Navalnı Qara dəniz sahilində Putinə məxsus olduğunu iddia etdiyi nəhəng saray kompleksi ilə bağlı araşdırma aparıb. Bu videoaraşdırma böyük rezonans doğurub. Yanvarın 23-də Navalnının çağırışı ilə Rusiyanın 90 şəhərində eitraz aksiyaları keçirilir.Bir çox şəhərlərdə aksiya kütləvi alınıb, rusiyalalılar "Putin oğrudur!" şüarları ilə küçələrə çıxıblar.
"Azpost"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam