Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Cənub qaz dəhlizi bizə siyasi və iqtisadi dividentlər gətirəcək”

 

“Azərbaycan öz siyasi iradəsini sona qədər yeridir. “Cənub qaz dəhlizi” layihəsinin dünən keçirilən Məşvərət Şurasının iclası da rəsmi Bakının verdiyi qərarların arxasında dayandığını, bu qərarları icra etdiyini göstərir”.



"Xeberinfo.com":  Məlumata görə, bunu Publika.az-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.



R. Musabəyov bu toplantını layihənin gələcəyi üçün mühüm hadisə adlandırıb. Onun sözlərinə görə, belə görüşlər layihənin icrasında vacib məqamlardır.



“Hazırda dünyada baş verən prosesləri proqnozlaşdırmaq çətindir. Hər keçən gün proseslər dəyişir, yeni dəyişikliklər baş verir. Belə bir məqamda Azərbaycanın siyasi iradə göstərməsi və investisiya yatırdığı layihələrin gələcək taleyini düşünməsi vacibdir. Xüsusilə neftin qiyməti sabit deyil, Qərb-Rusiya qarşıdurması davam edir. Azərbaycan isə öz layihələrini icra etmək istiqamətində addımlar atır. Bu, rəsmi Bakının iradəsini göstərir”, - deyə o bildirib.



R. Musabəyov “Cənub qaz dəhlizi” layihəsinin Azərbaycana siyasi və iqtisadi dividentlər gətirəcəyini düşünür. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi prosesləri izləyir və buna uyğun addımlar atır: “Bu layihənin Azərbaycana gətirəcəyi dividentləri hər bir vətəndaş öz həyatında hiss edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam