Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Baydenin qərarı Kremli sevindirdi –Rusiyaya xoş sürpriz

ABŞ-ın Rusiyadakı səfiri Anatoli Antonovun Prezident Co Baydenin andiçmə mərasiminə dəvət edilməsi Moskvada sevinclə qarşılanıb.

Yenixeber.org: Gözlənilməz təklif Rusiya hakimiyyətinə yaxın media qurumlarında Bayden dövründə Moskva ilə qarşıdurmaya gedilməyəcəyi iddiasını gücləndirib.

“Novosti” xəbər agentliyinin yazdığına görə, Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə Rusiyanın dəvəti yeni rəhbərliyin Moskva ilə gələcək münasibətlərində müsbət tendensiya kimi qəbul edilə bilər.

Siyasi ekspert Boris Mezuyev hesab edir ki, bu, Bayden rəhbərliyinin Rusiya ilə nümayişkaranə şəkildə gərginliyə getmək istəməməsinə işarədir: “Əlbəttə, yeni rəhbərlikdən Moskva ilə münasibətlərin mürəkkəbliyini və andiçmə mərasimindən əvvəlki şəraiti nəzərə alaraq Amerika tərəfindən bu inauqurasiyada Rusiya nümayəndələrinin olmasının arzuolunmazlığı barədə bir açıqlama gözləmək olardı. Amma bu, baş vermədi. Bu, müsbət bir əlamətdir, qarşıdurmanın rədd edilməsi deməkdir”.

Rusiyanın bəzi müstəqil siyasi ekspertləri isə hesab edirlər ki, seçkilərdən əvvəl Rusiya əleyhinə sərt vədlər verən Co Baydenin bu dəvəti əzəli rəqibindən çəkinən Moskvada yeni ümidlər yaradıb. Təsadüfi deyil ki, açıqlama verildikdən dərhal sonra Rusiya hakimiyyətinə yaxın media qurumları eyni tezisə – “Baydenin Moskva ilə açıq qarşıdurmaya getməyəcək” fikrinə fokuslanıb.

Rus mənbələri bunun ölkə rəhbərliyi üçün xoş sürpriz olduğunu gizlətmir.

Rusiyanın Vaşinqtondakı səfirliyi bundan əvvəl Baydenin andiçmə mərasiminə dəvət edildiyini açıqlayıb. Diplomatik nümayəndəlik tədbirə Rusiya səfiri Anatoli Antonovun qatılacağını bildirib.     /teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam