Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Bütün bu cəhdlər heç bir nəticə verməyəcək"

 

"Azərbaycan əleyhinə aparılan bu qarayaxma kampaniyası nə ilkdir, nə də son. Məlum olduğu kimi, hələ “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də ölkəmizə çoxlu böhtanlar atılırdı. Nəticəsi nə oldu? Azərbaycan bu yarışların tarixində ən mükəmməl təşkilatçı oldu, ölkəmiz dünyada kifayət qədər təbliğ edildi, haqqımızda məlumatı olmayanlar da informasiya aldılar”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkli kampaniyalara münasibət bildirərkən deyib.

 

M.Quliyev qeyd edib ki, o zaman ölkəmizə gələnlər başa düşdülər ki, qarayaxma kampaniyası onlarda Azərbaycan haqqında mənfi rəy yaratmaq məqsədi daşıyıb:

 

“İndi belə çirkin kampaniyanın aparılması Azərbaycana gələn turistlərin sayını azaltmaq, xalqımız və ölkəmiz haqqında mənfi rəy formalaşdıraraq, gözdən düşürmək məqsədi güdür. Bu fəaliyyətin arxasında erməni lobbisi və diasporasının işləri açıq-aydın görünür”.

 

M.Quliyev bildirib ki, bütün bu cəhdlər heç bir nəticə verməyəcək: “Ölkəmiz bu yarışları ən yaxşı şəkildə təşkil edəcək. Vətənimizə səfər edənlər hər şeyi əyani olaraq görəcəklər və tam əmin olacaqlar ki, onları aldatmağa çalışıblar. Belə çirkin fəaliyyətin nəticəsi qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və digərləri üçün acınacaqlı olacaq. Onlar rüsvay olacaq və daha da nüfuzdan düşəcəklər. Oyunlardan sonra ölkəmiz və xalqımız haqqında formalaşan müsbət rəyi daha dəyişmək mümkün olmayacaq. Avropa oyunları vətənimizin ən yaxşı təbliği olacaq. Bu Oyunlar ölkəmizə strateji baxımdan çox lazımdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam