Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"ABŞ-dan daha məntiqli açıqlamalar gözləyirik”

 

“Çox təssüflər olsun ki, antiazərbaycan kampaniyasının başında özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ABŞ-ın rəsmi dairələrinin, dövlət katibi Con Kerrinin ofisinin və Vaşinqtonun maliyyətləşdirdiyi müxtəlif fondların durduğu haqqında ciddi məlumatlar var. ABŞ rəsmilərinin bu barədə verdiyi açıqlamalar həm səthidir və həm də səmimi deyil. Biz ABŞ-dan daha məntiqli və səmimi açıqlamalar gözləyirik”. 
"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, bununla bağlı yayılan sənədlərdə deyilir ki, Azərbaycana qarşı aparılan bu şəbəkələşmiş kampaniya 2015-ci ilin sonuna kimi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, Azərbaycanda keçiriləcək və ya Azərbaycanın iştirakı ilə xaricdə təşkil olunacaq bütün beynəlxalq tədbirlərin, Azərbaycana yüksək vəzifəli qonaqların səfərinin təqvimi hazırlanıb: “Kampaniya müddətində hər bir tədbir və səfərdən Azərbaycanın əleyhinə istifadə etmək qarşıya məqsəd kimi qoyulub. Buna heyrətlənməyə bilmirsən”.
A.Quliyev deyib ki, Azərbaycan tək hazırlığı ilə deyil, həm də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacarıb: “Əminəm ki, Birinci Avropa Yay Oyunları başa çatandan sonra hamı bu qədər zəhmət çəkməyə, genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu işə səfərbər etməyə dəyərdi” fikrini hər bir soydaşımız səsləndirəcək. Bu, ümumilikdə, Azərbaycan dövlətinin və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş ölkəmizi dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsəti dəyərləndirəcəyik.
Çox təəssüf ki, bu sözü hamı deməyəcək, bizimlə bərabər sevinməyənlr də olacaq. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisindən qaynaqlananlar, insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdənlər, “boykot” çağırışları edənlər, möhtəşəm idman yarışlarının “əhəmiyyətsizliyi”, Avropanın diqqətindən “kənarda qaldığı” rəyinin formalaşdırılmasına cəhd edənlər, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək istəyənlər, təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək kimi mənasız fikirdə olanlar sevinməyəcəklər, o xoş sözləri təkrarlamayacaqlar. Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur”.
Deputatın sözlərinə görə, artıq Azərbaycana bəllidir ki, ölkəmizə qarşı aparılan iyrənc kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə təbliğat qurulması, hakimiyyətə qarşı petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi və s. kimi inanılmaz çirkin və cılız metodlara əl atılıb.
Azərbaycanın doğru və haqq yolunda olduğunu deyən A.Quliyev bildirib ki, cənab Prezidentin yürütdüyü siyasət Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təminatına yönəlmiş ən doğru və alternativsiz siyasətsir: “Tarix dəfələrlə sübut edib ki, Azərbaycanla təzyiq və şantaj dili ilə danışmaq heç kimə fayda gətirmir. Azərbaycana hörmət etmək və onunla dost olmaq hər kəsin çıxarlarına uyğundur . Əminəm ki, Azərbaycan dövləti və xalqı bu mübarizədən alnıaçıq və üzüağ çıxacaq və bizim üzərimizdə oynanılmağa cəhd edilən bu çirkin oyunların ifşasını bundan sonra da davam etdirəcəkdir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam