Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“HANSISA TÜRKİYƏ BİZƏ KÖMƏK ETMƏYİB” -Ukraynadakı səfirimiz Rusiyaya təşəkkür etdi!

 

 Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ardından Ukraynadakı səfir Elmira Axundova da tutduğu posta uyğun olmayan mövqe sərgiləyib.

Yenixeber.org: Savik Şusterin Ukraynada populyar olan “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb.

Aparıcının “Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyədir, Türkiyə həm də Zaqafqaziyada çox ciddi faktordur” replikasına səfir “ola bilər” deyərək, çox qısa formada cavab verib. Aparıcı Elmira Axundovanın ifadəsinə təəccübünü gizlətməyərək, onun “ola bilər” sözlərini bir neçə dəfə təkrar edib.

Bununla yanaşı, səfir Ermənistanın kapitulyasiya etməsinə görə Azərbaycan dövlətinə, Azərbaycan ordusuna deyil, Rusiyaya(?!) minnətdarlığını bildirib.

Səfir “bizə hansısa Türkiyə kömək etməyib” kimi fikir də işlədib. Elmira Axundova 5 dəqiqə 20 saniyəlik çıxışı zamanı Qarabağ müharibəsindən Azərbaycanı qələbə ilə çıxaran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adını belə çəkməyi lüzum görməyib.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam