Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Parlamentə yenə nənəsi ermənilər seçilib, iki nazirin də nənəsi ermənidi" —Cümşüd Nuriyev

 

 

                        "Vahid Əhmədova hücum edənlər Qarabağın ermənidə qalmasını arzulayır"

 "Açığı, mənə bir məsələ çatmır, inaqurasiya mərasimi Şuşada yox, Xankəndində keçirilsəydi, nə baş verəcəkdi? Guya Xankəndi bizim deyil? Sadəcə bununla ucuz təsəlli tapırıq. Adam sənə göstərir ki, “sən heç kimsən”. O mərasimin Cıdır düzündə keçirilməsiylə bizə növbəti dəfə meydan oxudular. Düşmənə qarşı hər hansı bir addım atılmadı, ona görə də harınladılar".
Yenixeber.org: Bu sözləri politoloq Cümşüd Nuriyev son günlər gündəmdə olan məslələrə münasibət bildirərkən deyib.


"Gülüstandan Şuşanı vurmaq çox asan iş idi, ora bircə qrad boşaltsaydılar, bəs edəcəkdi. Ancaq bunu etmək istəmirlər, çünki bu məsələdə Hayqanuş çox güclü işləyir. 15 il bundan qabaq da demişəm, qoy yenə deyim, başıma bəla gəlsin, nə qədər ki, ermənilərin tumanlı səfirlərinin uşaqları Azərbaycanda bu və ya digər şəkildə hakimiyyətdədir, Azərbaycan Qarabağı görməyəcək. Adamlar erməni dayılarının dediklərini həyata keçirirlər, ona görə də Qarabağ məsələsi ortalığa gələn kimi sosial şəbəkələrdə, onlayn mediada bir çaxnaşma salırlar. Bugünki sayt rəhbərlərinə baxın, görün əlləri kimin cibindədir, kim maliyyələşdirir, uzun illər kimlər bu işə rəhbərlik etdi? Nə olsun ki, həmin adam bu gün orda yoxdur, çıxarılıb, ancaq heç nə dəyişməyib. Parlamentə də yenə nənəsi ermənilər seçilib, iki nazirin nənəsi ermənidi. Onları əvəz edə bilməzdik? Sadəcə istəmirlər, çalışırlar ki, əsl türkləri məhv eləsinlər, Azərbaycandan qovsunlar. Ancaq mən zülüm də çəksəm, Azərbaycandan getməyəcəm, çünki mənə zülm edən türk deyil, Hayqanuşun uşaqlarıdır", - deyə, politoloq sərt tənqid edib. 


C.Nuriyev Deputat Vahid Əhmədovun Müdafiə naziri Zakir Zəsənovu tənqid etməsinə haqq qazandırıb: "Vahid Əhmədov yalan demir axı. Vahid Əhmədov çox gözəl bilir ki, Azərbaycanı hansı faciələr gözləyir, ona görə də danışır. Vahid Əhmədova həmin fikirlərinə görə bu gün bəziləri hücum edir. Kənardan elə görünür ki, elə həmin şəxslər də Qarabağın ermənidə qalmasını arzulayır. Vahid Əhmədova hücum edənlər papağını qabağına qoyub düşünsünlər ki, övladları üçün gec ola da, nəvələri üçün bu dərd var. Hücum edənlərin içərisində qarabağlıların olması daha ağrılıdır".(moderator)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam