Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Bu, Rusiyanın Ramiz Mehdiyevdən sonrakı dönəmə hazırlaşmasıdır…”

 

Rusiya prezidenti Vladimir Putin Milli Məclisin sədri Oqtay Əsədovu və dövlət başçısının köməkçisi Əli Həsənovu “dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdikləri töhvəyə görə “Dostluq” ordenilə təltif edib.

"Xeberinfo.com":  Məlumata görə, bununla bağlı ölkə siyasətləri və politoloqları Turan-a şərh veriblər.

Milli Şuranın sədri, tarixçi- professor Cəmil Həsənli bu mükafatlandırmanı son illərdə rəsmi Bakının Rusiyaya yaxınlaşmasının “ordenləşmə mərhələsi” adlandırıb. Ona görə, bu mükafatlandırmanı həm də bir çox məsələlərdə Azərbaycanın Rusiyanı təkrar etməsi, ona yaxınlaşması, bu yaxınlaşmada bu şəxslərin oynadıqları aktiv rolun göstəricisi də saymaq olar. “Bunu həm də rəsmi Bakının Qərbdən imtina edərək Rusiya ilə əməkdaşlığa üstünlük verməsinin göstəricisi kimi də dəyərləndirmək olar”, – C.Həsənli mükafatlandırmaya münasibətini ifadə edib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı dünyada ölkələr arasında sülhün, əmin-amanlığın, inkişafına xidmət naminə mükafatlandırma üsullarından istifadə edildiyini bildirib. Bəzən belə mükafatların gələcəkdə əlaqələrin daha yüksək inkişaf etməsi naminə “avans” olaraq verildiyini də yada salıb. “Odur ki, bu mükafatlandırmaya şübhə ilə yanaşmaq doğru deyil və məmurların belə mükafatlandırılması onların hansısa “qara niyyətlər”ə xidmət edəcəyi şübhəsi yaratmamalıdır”, – S.Rüstəmxanlı qeyd edib.

Poitoloq Ərəstun Oruclu istər Oqtay Əsədovun, istərsə də Əli Həsənovun Rusiyaya həmişə loyal münasibət bəslədiyini söyləyib. O.Əsədəovun parlamentdə Qərbi, ABŞ-ı kəskin tənqid etdiyi halda deputatlara Rusiyanı tənqid etməyə imkan vermədiyini vurğulayıb. “Görünür, Rusiya da bu “xidmətləri” dəyərləndirib, onları “Dostluq” ordenilə təltif edib”,- politoloq mövqeyini ifadə edib.

Milli Düşüncə Mərkəzini rəhbəri İsa Qəmbərə görə, mükafatlandırmanın səbəbləri daha aydın ifadə edilsəydi onu daha dəqiq dəyərləndirmək mümkün olardı. “Mən mükafatlandırılan xadimlərə RF prezidenti Azərbaycan hakimiyyətində olmayan ictimai-siyasi xadimlərinə belə orden versəydi hakimiyyət təbliğatının necə olacağını təsəvvür etməyi məsləhət görərdim”, – İ.Qəmbər bildirib.

İ.Qəmbər bu mükafatlandırmanı həm də Rusiyanın “Ramiz Mehdiyevdən sonrakı dönəmə” hazırlaşması kimi dəyərləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam