Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNİN “ZƏHƏRLİ” MƏDƏNİYYƏTİ... –Qərb mətbuatı Navalnıya sui-qəsddən nələr yazır?

Rusiyada müxalifət lideri Aleksey Navalnının təyyarədə özünü pis hiss edəndən sonra Omskda xəstəxanaya yerləşdirilməsi dünya mediasının diqqət mərkəzindədir. Tərəfdarları onun çayına zəhər qatılmasından şübhələnir. Ən son məlumatlara görə, həkimlər siyasətçinin analizlərində zəhər izlərinin aşkarlanmadığını deyiblər.
Yenixeber.org: “The Financial Times” qəzeti redaksiya məqaləsində başqa heç bir ölkədə hakim rejimə opponentliyin Rusiyadakı qədər təhlükəli olmadığını yazır. Qəzet daha öncə müxalifətçilər Boris Nemtsov, Vladimir Kara-Murza, jurnalist Anna Politkovskaya və bir çoxlarının həyatını itirdiyi yada salır.

“Navalnı xarizmatik fəal olsa da, Kremlin media, məhkəmələr, seçki sistemi üzərində dominantlığı onun siyasətdə uğur qazanmasını mümkünsüz edib. Ancaq korrupsiya araşdırmaları, hazırlanan videoların milyonlarla insan tərəfindən baxılması onu hakim elitanın yolunda tikana çevirib”, – məqalədə deyilir.

Qəzet Navalnının Rusiyada biznes və siyasi sinfində düşmənlər qazandığını qeyd edir.

“Zəhərlənibsə belə, buna görə hakimiyyətin, yaxud dövlətə bağlı oyunçuların məsuliyyət daşımasınıəminliklə demək olmaz. Ancaq Rusiyada bunun əksi sübut olunmayınca məhz onlar əsas şübhəli kimi qalacaqlar. Müxalifət lideri dəfələrlə həbs olunub, üzünə zəhərli boya atılıb, bir gözü az qala kor olacaqdıötən il həbsdə ikəkəskin allergik reaksiya keçirib. Onun Belarusda diktaturaya qarşı üsyanın Rusiyanın gələcəyindən xəbər verdiyini deməsi də onu Kremlə sevdirməyib, – məqalədə vurğulanır.

Qəzet xarici investorları gözlərini açmağa, “Magnitsky” qanunu olan ölkələri isə Navalnıyə hücumda əli olan rəsmilərə sanksiyalar tətbiq etməyəçağırır. Bu qanun insan haqları pozucularına sanksiyalar nəzərdə tutur.

“Fransa Prezidenti Emmanuel Makron kimi Rusiyayla münasibətlərin yenidən qurulmasını istəyən liderlər də ehtiyatlı olmalıdırlar. Nüvə silahları məsələləri üzrə dialoq vacibdir. Ancaq yaxınlaşmaq istəyən heç kəs (Prezident Vladimir) Putinin qurduğu sistemin təbiəti haqda illüziyaya qapılmamalıdır, – qəzet yazır.

“The Guardian” qəzeti də indiyədək Putin rejiminin öldürülən opponentləriniyada salır. 2006-cı ildə Alekander Litvinenko Londonda, Kremlin iki adamı tərəfindən poloniumla öldürüldü. Onda Rusiya rəsmiləri deyirdilər ki, Moskva bunun üçün məsuliyyət daşıya bilməz, çünki bu insident ölkənin beynəlxalq nüfuzuna zərbə vururdu.

Elə Putinpərəst teleaparıcı Dmitri Kisylov dünən (avqustun 20-də) Navalnının vəziyyətindən danışanda belə bir eybəcər məntiqə söykənərək günahı Qərbin üstünə yıxmağa çalışıb.

Qəzet Navalnının Sibirə səfəri zamanı tədqiqat apardığını, yerli namizədlər və könüllülərlə görüşdüyünü yazır. Dostlarının fikrincə, onu Sibirdə hansısa qubernatorun, yaxud merin yuxarının icazəsi olmadan zəhərləməsi inandırıcı görünmür. Onlar zəhərləmənin Kremlin təhlükəsizlik xidmətlərinin sevimli metodu olduğunu deyirlər.

Məqalədə Navalnının Belarusdakı etirazları Rusiyayla müqayisə etdiyi vurğulanır.

“Oxşarlıq ortadadır. Belarus prezidenti Aleksandr Lukaşenko 26 ildir vəzifədədir; Putin isə yayda konstitusiyaya dəyişiklik üzrə səsvermə keçirdi, 2036-cı ilədək hakimiyyətdə qalmasına yol açıldı.

Navalnının taleyindən asılı olmayaraq, biz həqiqəti bilməyəcəyik. Rusiyada təhqiqat vəədliyyə sistemi müstəqil deyil. Jurnalist Anna Politkovskaya işi kimi daha öncəki hay-küylü qətllər heç vaxt tam araşdırılmayıb. Bəzən sıravi adamlar məhkum edilir. Amma sifarişi verənlər nadir hallarda tapılır, qəzet yazır. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam