Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mingəçevirdə -külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

 

Polis Mingəçevirdə əməliyyat keçirib, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşlarının  daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Rayiv Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən və həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 26 kiloqrama yaxın olan 8 ədəd çətənə kolu, eləcə də 2 ədəd sintetik kisədə və plastik qabda   4 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. R.Nəzərov narkotik vasitəni may ayında əkib-becərdiyini, onun yarpaqlarını yığaraq qurutduğunu bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam