Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Balakəndə -nişan mərasimi keçirdilər

 

Balakəndə nişan mərasimi keçirənlər barəsində toplanmış materiallar məhkəməyə göndərilib

Balakən Rayon Polis Şöbəsinə rayonun Yeni Şərif kəndində karantin qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək, 30-a yaxın şəxsin biryerə toplaşdığını və ev sahibi  Nəcməddin Urkayevin karantin qaydalarını pozaraq, qızına nişan mərasimi keçirdiyini aşkar ediblər. N.Urkayev və məclisi təşkil edən digər 8 nəfər Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində toplanmış materiallar məhkəməyə göndərilib .

Polis əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində  riayət edilməsi məqsədilə keçirilən reyd zamanı isə Qazbinə kəndində yerləşən kafedə müştərilərin sosial məsafəni gözləmədən əyləşdikləri və masaların bir-birinə yaxın qoyulduğu aşkarlanıb. Kafe sahibi barəsində materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozan 7 müştərinin hər biri 200 manat cərimələnib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam