Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Elxan Usubov Şəkidə sahibkarları da ayağa qaldırdı

 

Bəzi icra hakimiyyəti başçılarının rəhbərlik etdikləri rayon və şəhərlərdə mütləq söz sahibi olduqlarını bilməyən yoxdur

Məhz bu səbəbədən bölgələrdə onların “kəsdikləri başa” sorğu-sual da olmur. 
"Xeberinfo.com":  Bəzi icra başçıları xırda mağazalardan tutmuş iri torpaq sahələri, obyektlərin satışına və istifadəsinə qədər bütün sahələrə əl qoyurlar. 
Şəki şəhərinin icra başçısı Elxan Usubov belə icra başçılarındandır. Belə ki, Azərbaycanın tarixi şəhərlərindən sayılan, ilin bütün fəsillərində xarici qonaqları olan Şəki şəhəri həmişə hökümətin diqqət mərkəzində olub. Şəhərin tarixiliyinin qorunması istiqamətində dəfələrlə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Statistik rəqəmlərə görə, son iki ildə Şəki şəhərinə təxminən 10 milyon manatdan çox maliyyə vəsaiti ayrılıb. Amma gəl ki, bu pulların hara və neçə xərcləndiyi bəlli deyil.
5 ilə yaxın Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olan, rayondakı problemləri bir az da dərinləşdirən Elxan Usubov 2011-ci ildə Şəki şəhərinə icra başçısı təyin olundu. Elə Şəkinin ağır günləri də bundan sonra başlayıb. 
Rayodakı sahibkarlardan Bizimxeber.az-a daxil olan məlumatda deyilir ki, rayondakı abadlıq-quruculuq işləri üçün pul verməkdən beziblər. Dövlət büdcəsindən ayrılan vəsaitin hara xərcləndiyi bəlli deyil.
Məlumatda qeyd olunur ki, Elxan Usubov rayonun idarəsini müavini Həsən Həsənova həvalə edib. H.Həsənovun isə “kəsdiyi başa” zaval yoxdu. Şəhərin bütün tarixi binalarının zirzəmilərini satıb. Zirzəmiləri alanlar isə burada qazıntı işləri aparıb mağaza tikiblər. Nəticədə isə tarixi binalar təhlükəli vəziyyətə düşüb.
Hesen Hesenov
Bundan başqa icra başçısının göstərişi ilə, müavin Həsən Həsənov tez-tez sahibkarlarla görüşür rayondakı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi adı altında pul istəyir. Bundan imtina edən sahibkarlar isə incidilir.
Ən ciddi məqam isə Şəkinin bələdiyyə sədrinin neçə seçilməsi, onun icra başçısına nə qədər yaxın olması məqamlarıdır. Belə ki, E.Usubov müavini Həsən Həsənovun köməkliyi ilə özünun yaxın qohumu olan Elşad İbadovu Şəkiyə bələdiyə sədri seçdirib. Təbii ki, bu seçim icra başçısına və Həsən Həsənova böyük imkanlar açır.
Bu yaxınlarda icra başçısı rayonda böyük “Sünbül” çörəkbişirmə sexi tikdirib. Sex faktiki olaraq Elşad İbadovun adınadır, amma başçıya məxsusdur. Çörək zavodu tikiləndən sonra rayonda bu bizneslə məşğul olan sahibkarların işi əməlli-başlı zəifləyib. Çünki icra başçısı bütün dükan və market sahiblərinə çörəyi ona məxsus sexdən almağı tapşırıb.
Ümumiyyətlə, başçının biznes obyektlərinin bir çoxuna məhz bu adam nəzarət edir. İcra hakimi onu bələdiyyə sədri vəzifəsinə qoymaqla müəyyən planlarını həyata keçirmək niyyətindədir. Həmçinin rayondakı dayaqlarını mökləmləndirir.
Beləliklə, icra başçısı Elxan Usubov boyuk pullar qazansa da, tarixi Şəki şəhəri  yavaş-yavaş itib-batır.
Pia.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam