Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MEŞƏDƏ ÇƏTƏNƏ ƏKƏN ŞƏXS -SAXLANILDI

Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yasab kənd sakini Nadik Məmmədov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə keçirilən baxış zamanı, oradan N.Məmmədov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 sm-ə qədər olan 52 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam