Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ÇƏTƏNƏ KOLLARI ƏKƏN ŞƏXS TUTULDU

 

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Yenixeber.org:  DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə həmin sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram təşkil edən hündürlüyü 37-118 sm olan 15 ədəd çətənə kolu (kannabis) aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün becəydiyini bildirib.

​Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam