Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağstafada sel bir neçə körpüyə zərər vurub - VİDEO

 

Ağstafada sel fəsadlar yaradıb.

Yenixeber.org: Yağan güclü yağışlar nəticəsində Ağstafada sel suları bəzi fəsadlar yaradıb. Rayonun Göycəli kəndindən keçən çayın üzərində olan körpüyə ciddi zərər dəyib. Bir neçə kəndə gedən yolun üzərində olan körpüdən yaranan fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.

Selin rayonun digər kəndlərində də fəsadlar yaratdığı bildirilir.

Ağstafa rayon İcra Hakimiyyətindən "Report"un Qərb Mərkəzinə bildirilib ki, son günlər yağan güclü yağışlar nəticəsində Həsənsu çayı daşıb. Nəticədə Tatlı kəndində 2 Göycəli kəndində 2 körpü (keçid körpüsü) ciddi zərər dəyib.

"Bu körpülər hər iki kəndin məhəllələrini birləşdirən körpüdür və ciddi zərər dəydiyindən istifadəyə yararsız hala düşüb. Hazırda ərazidə bəzi işlərə başlanılıb. Lakin körpünün bərpası və ya inşası üçün ağır texnikadan istifadə edilməsi üçün sel sularının azalması gözlənilir."

İcra hakimiyyətindən sel sularının yaşayış evlərinə və kənd təsərrüfatına zərər vurmadığı da bildirilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam