Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanın Rusiya ilə Sərhəd Keçid Məntəqəsində biabırçılıq

 

Son dövrlərdə Rusiyada baş verən proseslər rublun dəyərdən düşməsi ilə nəticələnib.

"Xeberinfo.com":  Məlumata görə, ticarətlə məşğul olan bəzi şəxslərin, o cümlədən, azərbaycanlıların maliyyə itkilərindən nisbətən yayınmaq üçün Rusiya ilə Azərbaycan arasında yerləşən sərhəd keçid məntəqələrinə axın etdikləri müşahidə olunur.
Ticarətlə məşğul olan bəzi şəxslər Rusiyadan aldıqları malları sərhəd keçid məntəqələrindən Azərbaycana keçirərək ölkəmizdə daha baha qiymətə satmağa çalışırlar.
Bu barədə musavat.com-a məlumat verən Elşən Məmmədəliyevin bildirdiyinə görə, hazırda Qusarda yerləşən məntəqənin önündə insan izdihamı yaşanır. 
Əməkdaşımız onu da bildirib ki, əvəllər məntəqədən  50 kq mal keçirməyə icazə verilirdi. İndi isə bu normanı aşağı salıb, 10 kq ediblər.
Bu prosesdən adi vətəndaşlar daha çox əziyyət çəkirlər. Çünki, Sərhəd Keçid Məntəqəsində növbə gözləyən insanların bir qismi ticarətlə məşğul olmaq istəyənlərin sırasına daxil deyillər. Ancaq bu izdihamda onların sərhəddən keçmə imkanları məhdudlaşdırılır və onlar bundan əziyyət çəkirlər, zaman itkisinə məruz qalırlar.
müsavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam