Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sərhəd-keçid məntəqəsində “donuz qripi” təhlükəsi

10c0d79e1dcf2fe6d6944406a06a9c25

 

Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

Xeberinfo.com:   Məlumata görə, buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir.
Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır.
Biləsuvar Rayon Baytarlıq İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bayram günlərinə baxmayaraq, qurumun baytar briqadaları “donuz qripi” ilə əlaqədar sərhədyanı kəndlərdə dezinfeksiya işlərinə cəlb olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq ərazidə sahə baytar həkimlərindən ibarət növbətçilik sistemi yaradılıb.
Qeyd edək ki, Qoşatəpə sərhəd-keçid məntəqəsində ölkə ərazisinə daxil olan bütün vətəndaşlar da müayinə olunur. Bu müayinələr təkcə “donuz qripi”nin deyil, digər yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi daşıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam