Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəkidə şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində fəaliyyət göstərən, fiziki şəxs Rəsulov İntiqam Sabir oğluna məxsus şirniyyat istehsalı sexində yoxlama keçiriblər.

Yenixeber.org: AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri, eləcə də sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Belə ki, orqanoleptik baxış zamanı müəssisədə çürümüş, qaralmış, üyüdülmüş və yarı qırılmış istehlaka yararsız fındıq ləpəsi aşkar edilib. Bundan başqa, xammal kimi istifadə olunan düyü unu, şəkər tozu, ləpə və sair məhsulların birbaşa döşəmə üzərində saxlanıldığı məlum olub.

Yoxlama zamanı müəyyən edilib ki, sexdə istehsal texnoloji prosesə uyğun aparılmır. Belə ki, xammal və köməkçi materiallar, hazır məhsulların saxlanması, istehsal prosesi eyni bölmədə həyata keçirilir. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam