Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Lənkəranda 19 yaşlı gənc döyüb əl qolunu bağladılar və... - su arxına atdılar...

 

Lənkəran rayonunda 19 yaşlı gənc su arxına atılıb.

Yenixeber.org:   Hadisə sentyabrın 27-də axşam saatlarında Ləj kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1999-cı il təvəllüdlü Pərviz Cümşüd oğlu Köçəriyev evdən çıxıb, ancaq geri qayıtmayıb. Bundan sonra ata övladının axtarışına çıxıb və onu huşsuz vəziyyətdə su arxında köməksiz vəziyyətdə tapıb. Bundan sonra P.Köçəriyev qapalı-kəllə beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Ata oğlunu üç nəfər naməlum maskalı şəxslərin döydüyünü, üst geyimini çıxardıqdan sonra isə əl-qolunu bağlayaraq su arxına atdıqlarını bildirib.

Artıq P.Köçəriyevdən izahat alınıb, faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam