Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Horadizdə bayram konserti keçirildi

 

Horadiz şəhərindəki Muğam Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir- bayram konserti keçirilmişdir.

"Xeberinfo.com": Təbdirdə rayonun idarə, müəssisə təşkilatlarının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 

Füzuli rayon İcra Hakimiyyətinin  başçısı Alı Alıyev tədbirdə çıxış etmiş, mərasim iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni-2015-ci il münasibəti ilə təbrik etmiş, xoş arzularını çatdırmış, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamışdır.

Heydər Əliyevin Dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd etmişdir.

Alı Alıyev bildirmişdir ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Füzulidə dalğalanmasıdır: 

-“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Alı Alıyev 2014-cü ilin ölkəmiz, o cümlədən Füzuli rayonu üçün uğurlu il olduğunu, əlamətdar hadislələrlə yadda qaldığını qeyd etmişdir. Bildirmişdir ki, 2014-cü il avqustun 28-də ölkə başçısının Füzuli rayonuna gəlməsi, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etməsi və görülən işlərə yüksək qiymət verməsi füzulililər üçün ən əlamətdar hadisələrdən biri olmuşdur.

 

         Tədbir rayonun tanınmış mədəniyyət və incəsənət ustalarının ifasında rənga-rəng konsert proqramı ilə davam etmişdir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam