Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Alı Alıyev ön xətdə xidmət edən əsgərlərlə görüşüb -FOTOLAR

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə 31 dekabr Dünya Azərbaycanlılarınını Həmrəylik Günü və Yeni il münasibəti ilə düşmənlə təmas xəttində, səngərdə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşmüşdür.  

        

       Xeberinfo.com:  Rayon İcra Hakimiyyətinin başçısı hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdə olmuş, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatı çatdırmışdır.

Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarınını Həmrəylik Günü və yeni il münasibəti ilə əsgər və zabitləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd etmişdir. 

Bildirmişdir ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. İnanırıq ki, o gün uzaqda deyil. Biz Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edəcəyik.  

         Alı Alıyev əsgərlərə vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik və cansağlığı arzulamışdır.

 

         Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulamışlar.

Alı Alıyev ön xətdə xidmət edən əsgərlərlə görüşüb -
Alı Alıyev ön xətdə xidmət edən əsgərlərlə görüşüb -
Alı Alıyev ön xətdə xidmət edən əsgərlərlə görüşüb -
Alı Alıyev ön xətdə xidmət edən əsgərlərlə görüşüb -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam