Şəmkirdə sərnişin daşıyan mikroavtobus aşıb.

Yenixeber.org: Bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qaracəmilli avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralıların bəziləri Şəmkir rayon Mərkəzi Xəstəxanasına və bəziləri isə Gəncə rayon xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır. (BAKU.WS)