Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

İcra başçısının müavini "bələdiyyə bazarılğı"nda ittiham olunur

 

           İcra başçısının birinci müavini Qasım Qasımov seçkini "alverə" çevirib

     "Xeberinfo.com":Şamaxıda bələdiyyə seçkilərinin taleyi indidən həll olunub. Bu barədə Dosye.org-a Şamaxıdakı mənbələr məlumat verib. Məlumatda bildirilir ki, Şamaxının icra başçısı Asif Ağayevin birinci müavini Qasım Qasımov artıq bələdiyyələri təyin edib. İddialara görə, rayonda hər kəs bilir ki, bələdiyyə sədrləri və üzvləri kimlər olacaq. Bildirilir ki, Qasım Qasımovun bu təyinatları şərtsiz olmayıb. Bələdiyyə sədri və ya üzvü olmaq istəyənlər birinci müavinə müəyyən məbləğ ödəməlidir. Bəzi iddialara görə, bələdiyyə sədri postunun qiyməti 50 min manatdır. Məlumatda o da vurğulanır ki, Qasım Qasımovun bu əməllərindən Asif Ağayev dərindən məlumatlı deyil. Yəni, "seçki əməliyyatı"nı tam nəzarətinə götürən Qasım Qasımov bütün təfərrüatları icra başçısı ilə bölüşmür. Xüsusilə maliyyə məsələləri barədə Asif Ağayevə səthi məlumatlar verilir. Hətta iddia olunur ki, icra başçısının baş verənlərdən ümumiyyətlə xəbəri yoxdur. Lakin bu iddia o qədər də əsaslı görünmür. Hər halda bütün Şamaxı Qasım Qasımovun əməllərindən danışırsa, icra başçısının bütün bunlardan xəbərsiz olmasına inanmaq sadəlövlük olardı. Sadəcə ola bilər ki, Asif Ağayevin Qasım Qasımova təsir imkanları zəifdir, yaxud da ondan ehtiyat edir. Çünki Qasım Qasımov Prezident Administrasiyası sədrinin müavini Zeynal Hağdəliyevin kadrı kimi tanınır. Yeri gəlmişkən, Asif Ağayevdən əvvəlki icra başçısı Asif Məmmədovun işdən çıxarılmasında da məhz Qasım Qasımovun müstəsna xidməti olub. Onların arasında baş verən insidentdən yəqin ki, Asif Ağayevin də xəbəri var. Xatırladaq ki, 2011-ci il avqustun 25-də, təxminən saat 18:00 radələrində Şamaxının mərkəzindəki "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı yeni tikilməkdə olan    

    Koroğlu meydanında Asif Məmmədov Qasım Qasımovu döymüşdü. 
 

Məlumatlara görə, Asif Məmmədov həmin vaxt ərazidə gedən təmir-bərpa işlərinin gedişi ilə bağlı Koroğlu meydanına gəlib. Həmin ərəfədə prezident İlham Əliyevin Şamaxıya səfəri gözlənilirmir. Prezidentin Şamaxıya səfəri ilə bağlı verilmiş tikinti tapşırıqlarının yarıtmaz olduğundan əsəbiləşən Asif Məmmədov Qasım Qasımova ciddi iradını bildirib. Lakin onun iradlarını və sərt sözlərini qəbul etməyən Qasım Qasımov ona sərt cavab qaytarıb. Elə bu vaxt Asif Məmmədovun sürücüsü, həm də bacısı oğlu Qasım Qasımova hücum çəkib. Bu anda Asif Məmmədovun şapalağından Qasım Qasımovun "şapka"sı və eynəyi yerə düşüb. Bundan sonra dava söyüşlərlə müşahidə olunub. Davaya həmin vaxt Şamaxının polis rəisi olan Şahmar Paşayev də qoşulub və başçının müdafiəsinə qalxıb. Mənbə daha sonra əlavə edir ki, vəziyyətin gərginləşdiyini görən Qasım Qasımov özünü birtəhər ələ alıb və sifəti qızarmış halda rayon prokurorluğuna gedib.
Bu hadisədən sonra Asif Məmmədovla yola getməyən Qasım Qasımov onunla bağlı Prezident Administrasiyasına şikayət və müraciətlər təşkil edirmiş. Həhayət, onun apardığı kampaniya Asif Məmmədovun işdən çıxarılması ilə nəticələnib.

P.S. Digər bir məlumatı olduqca maraqlı hesab etmək olar. Belə ki, eks- cəbhəçi özünün müdafiəsini məhz Prezident Administrasiyadan qurub. Bir daha əlavə edək ki, Qasım Qasımov cəbhənin hakimiyyətdə olduğu dövürdə vəzifə alverində fəal iştirak etdiyinə görə, ona  "makler" ləqəbidə verilib. Məhz onun bu fədakarlığı artıq "bələdiyyə bazarına" da öz müsbət təsirini göstərir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam