Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Füzulidə daha bir müşavirə keçirildi -kənd təsərrüfatı ilə bağlı (FOTOLAR)

Füzulidə daha bir müşavirə keçirildi -

 

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində 2016-cı ildə Füzuli rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirildi.

Xeberinfo.com:   Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı üzrə mütəxəssislər, taxıl, pambıq, barama istehsalçıları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, 2015-2016-cı təsərrüfat ilində rayonda kənd təsərrüfatı sahəsində qazanılmış uğurlar, növbəti təsərrüfat ilində qarşıda duran vəzifələr barədə danışmışdır.

Alı Alıyev bildirmişdir ki, Prezident cənab İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə tapşırıqları Füzuli rayonunda uğurla icra olunur. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Belə ki, 2015-2016-cı təsərrüfat ilində rayon üzrə 35818 ha ərazidə taxıl əkilmiş,121 min tondan artıq məhsul istehsal olunmuşdur. Aqrar rayon olan Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın və baramaçılığın inkişafına 2016-cı ildə xüsusi diqqət yetirilmişdir.  Belə ki, 2016-cı ildə rayonda 505 ha sahədə pambıq bitkisi əkilmiş, 600 tona yaxın pambıq, 3,5 tondan artıq isə barama istehsal olunmuşdur. Alı Alıyev qeyd etmişdir ki, cari ildə rayon sakinlərinin həyatyanı və pay torpaqlarından səmərəli istifadə etməsi nəticəsində ərazidə bol bostan-tərəvəz məhsulları istehsal olunmuş, əhalimiz öz daxili təlabatını özlərinin becərdikləri məhsulların hesabına təmin etmişlər.

2016-cı ildə rayonun kənd təsərrüfatı ilə bağlı göstəricilərinin ürək açan olduğunu diqqətə çatdıran Alı Alıyev qeyd edib ki, 2017-ci ildə qarşıda duran vəzifələrin sferası  daha da böyükdür. Biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edimiş  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrin rayonda icrasına nail olmalıyıq. Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq artıq rayonda 4 iri fermer təsərrüfatı yaradılıb, Aqroparkın yaradılması istiqamətində isə iş aparılır. 2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparılıb ki, bunun da 24838 hektarı buğda, 11244 hektarı isə arpadır. Gələn il rayonda 2000 hektar sahədə pambıq əkilməsi üçün yerlər müəyyənləşdirilib, pambıq istehsalçıları ilə müqavilələr bağlanılmışdır. 2017-ci ildə rayonda 30 tona yaxın barama istehsal olunması nəzərdə tutulub. Artıq rayonda 50 minə yaxın çəkil ağacı əkilmiş, ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilmişdir. Rayon sakinlərinin həyatyani və pay torpaqlarından səmərəli istifadə etməsi kənd təsərrüfatı məhsullarına, o cümlədən bostan-tərəvəz məhsullarına olan təlabatlarını yerli istehsal hesabına ödəmələri də 2017-ci ildə diqqət mərkəzində saxlanılacaqdır.

Müşavirədə çıxış edənlər bildiriblər ki, füzulili məcburi köçkünlər ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsinə uyğun olaraq yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunması, əhalinin bu sahələrin hesabına məşğulluğunun təmin olunması barədə verdiyi tapşırıqları dəstəkləyir.

 

Sonda Alı Alıyev Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji yol xəritəsində göstərdiyi istiqamətlərdən irəli gələn vəzifələrdən danışdı, aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələrini verdi. 

Füzulidə daha bir müşavirə keçirildi -
Füzulidə daha bir müşavirə keçirildi -
Füzulidə daha bir müşavirə keçirildi -
Füzulidə daha bir müşavirə keçirildi -
Füzulidə daha bir müşavirə keçirildi -
Füzulidə daha bir müşavirə keçirildi -
Füzulidə daha bir müşavirə keçirildi -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam