Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Nərimanovda Böyük Vətən Müharibə Veteranları ilə görüş keçirilib

 

"Xeberinfo.com":  Bu gün Nərimanov Rayon İcra Hakimmiyyətində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə rayon ərazisində yaşayan veteranlarla görüş keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Görüşdə veteranları salamlayan Rayon İcra Hakimmiyyətinin başçısı Abdin Fərzəliyev onları faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək, onlarla ünsiyyətdən son dərəcə məmnunluğunu ifadə edib, eyni zamanda şanlı Qələbənin əldə edilməsində misilsiz xidmətləri olan, böyük hünər nümayiş etdirərək qəhrəmanlıq salnaməsi yazan bu əvəzedilməz şəxsiyyətlərə möhkəm can sağlığı arzulayıb. A.Fərzəliyev xalqımızın yüz minlərlə qəhrəman övladının qanı bahasına əldə olunan şanlı zəfər naminə, gənc nəslin nümayəndələrinin firavanlığı uğrunda bu qədər qüvvə sərf etmiş həmin insanların hamı üçün canlı tarix olduğunu bildirib və bu cəhətdən də görüşün xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıb.

Natiq, veteranlarımızın xidmətlərinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini söyləyərək, bu qayğının əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.

         Görüşdə iştirak edən Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində veteranlara göstərilən dövlət qayğısı sayəsində onların yubileylərinin silsilə tədbirlərlə qeyd olunduğunu, veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdiyini, zəngin təcrübələrini onlarla bölüşməkdən əsirgəmədiyini bildirib.

Görüşdə həmçinin çıxış edən Böyük Vətən müharibəsinin iştirakçıları,  veteranların Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu və bundan məmnunluqlarını bildiriblər. Onlar veteranların qəhrəmanlıqlarının xalqımız və dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıblar.

 

Tədbirdən sonra veteranlara Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq payları verilib. Eyni zamanda, fiziki imkanları məhdud olduğundan tədbirə qatıla bilməyən veteranlarımız da diqqətdən kənarda qalmayaraq, Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən onların hər birinin evinə təbrik, hədiyyə və ərzaq payları çatdırılıb.










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam