Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şamaxı qəbiristanlığında vandalizm

Şamaxı qəbiristanlığında vandalizm

 

Şamaxı rayonunda məzarlıqdan oğurluq hadisəsi baş verib

 

Yenixeber.org: Şamaxı rayonunun Yeddi Günbəz qəbiristanlığında 10-a yaxın şəxsin məzarındakı mərmər daşlar naməlum şəxslər tərəfindən sökülərək aparılıb.

Məlumata əsasən, məzarlardan birinin üstüşəkilli başdaşı və mərmərdən olan tumbaları, birinin sinə daşı, birinin isə mərmərdən olan üzlükləri oğurlanıb. Elə məzar var ki, tamamilə sökülərək daşları aparılıb.

Mərhumların ailə üzvlərinə 2 min manata yaxın maddi ziyan dəydiyi bildirilir.

Şamaxı sakini Babək Mirzəzadə babasının və digər şəxslərin məzarındakı mərmər daşların oğurlanması barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəlib və bu hadisənin birinci dəfə olmadığı, oxşar oğurluq hallarının noyabrın 3-də də qeydə alındığı bildirilib. O zaman da həmin qəbiristanlıqdan bir neçə qəbir daşı oğurlanıb. Onda da hadisənin kimin tərəfindən törədildiyi naməlum olaraq qalıb. Hələlik oğurluğun kim tərəfindən edildiyi məlum deyil. 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam