Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Biləsuvarda poçtdan seyfin oğurlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub -TƏFƏRRÜAT

 

Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır

Yenixeber.org: Biləsuvar rayonunda poçtdan edilmiş oğurluqla bağlı təfərrüatlar məlum olub.

“Azərpoçt” MMC-dən verilən məlumata görə, hadisə martın 7-si axşam saatlarında baş verib.

Bildirilir ki, Biləsuvar rayon Ağalıkənd Poçt şöbəsinin yerləşdiyi binanın pəncərəsi naməlum şəxslər tərəfindən qırılıb və içəridə olan sənədlər (qəbzlər) və 60 manat nağd pul olan seyf oğurlanıb.

Martın 8-də Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları Ağalıkənd Poçt şöbəsinin yaxınlığından zədələnmiş, ancaq ağzı bağlı olan seyfi taparaq, Biləsuvar rayon Poçt filialına təhvil veriblər.

Naməlum şəxslər Poçt şöbəsindən apardıqları seyfin içərisində olan sənədləri və pul vəsaitini oğurlaya bilməyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.(report)


***14:21

 Biləsuvar rayonunda poçtdan oğurluq olub.

Məlumata görə, oğurluq hadisəsi rayonun Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kənd ərazisində yerləşən poçt şöbəsindən seyf oğurlanıb.

Həmçinin həmin günü kənddə yerləşən ərzaq dükanından da oğurluq edilib.

Hazırda hər iki faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam