Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Beyləqanda “Bankomat” oğurluğu MÜƏMMASI– Polis rəisinin adı mütəşəkkil cinayətkar quruplaşmalarla bir arada

Beyləqanda “Bankomat” oğurluğu MÜƏMMASI

 

Beyləqan rayonundan sensasion məlumatlar var. Həmin informasiyalarda Beyləqan rayon Polis Şöbəsinin rəisi Fizuli Şixəliyevin adı mütəşəkkil cinayətkar quruplaşmalarla bir arada çəkilir.  

Yenixeber.org: Bu əsnada verilən bilgilərə görə, Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən ölkədə fəaliyyət göstərən bir qrup mütəşəkkil dəstə üzvləri zərətsizləşdirilib. Bildirlir ki,dəstə üzvləri əsas “bankomatları” soymaqla məşğul olurmuşlar. Onu da qeyd edək ki, son bir neçə il ərizində Bakıda və rayonlarda bankomant oğurluqlarının sayı çoxalıb.

Beyləqandan redaksiyamıza verilən məlumatlarda qeyd olunur ki, son bir ildə Beyləqan rayonunda da bir çox bankomat oğurluğu hadisəsi qeydə alınmışdır. Məsələn, götürək elə Xalac kəndində soyğunçular tərəfindən yarılan bankomatı. Həmin bankomatdan 50.000 min manat pul oğurlamışdır ki, hələ də yerli hüquq mühafizə orqanları soyğunçuların şəxsiyyətini müəyyənləşdirməkdə aciz qalıb. Digər tərəfdən, götürək elə rayonun mərkəzi küçəsində yerləşən Notariat kontorluğundakı oğurluq hadisəsini. Burda da bankomat yarılaraq  pul oğurlanmışdır. Görünür ki, yerli hüquq mühafizə orqanı əməkdaşları öz yarıtmaz fəaliyyətindən dolayı bu kimi və buna bərabər digər cinayətlərin üstünü aça bilmədiyindən, Daxili İşlər Nazirliyi rəhbərliyi səviyyəsində Beyləqandakı oğurluq hadisələrini nəzarətə götürmüş, sonda isə nazirlik əməkdaşları bir qrup cinayətkar dəstə üzvərini zərərsizləşdirilmişlər.

Bilgili mənbəmizin bizə verdiyi səhih məlumata görə, DİN-nin zərərsizləşdirdiyi cinayətkar dəstə üzvləri içərisində 3 nəfər şəxs Beyləqan rayon sakinləridir. Redaksiyamıza verilən məlumatlarda təəccüb doğuran məqam ondan ibarətdir ki, həmin 3 şəxs Beyləqan rayon polis şöbəsinin Xəyal Rüstəmov adlı polis nəfəri ilə sıx əlaqədə olub. Hətta onların birinin Xəyal Rüstəmovla telefon əlaqələridə ortaya çıxıb.

Verilən bilgilərdə qeyd olunur ki, Xəyal Rüstəmov polis şöbəsinin rəisi Fizuli Şıxəliyevin “sağ əli” hesab olunur. Fizuli Şixəliyev məhz Beyləqana rəis təyin ediləndən bugünə qədər Xəyal Rüstəmov bir dəfə də olsun polis şöbəsində görünməyib. Onun əsas görəvi Bakı şəhərində F. Şıxəliyevin qanunsuz göstərişlərini həyata keçirməkdən ibarət olub. Bu üzdən də X. Rüstəmov mütamadi olaraq Bakı şəhərində olub, rəisin “göstərişlərini” uyğun bir şəkildə hərəkət edirmiş. Lakin bu günlərdə cinayətkar şəbəkə üzvləri ifşa olunduqdan və bu şəbəkənin 3 üzvünün məhz Beyləqan rayonundan olması, hətta onlardan birinin Beyləqan  polis şöbəsinin serijantı  Xəyal Rüstəmovla telefon əlaqələrinin belə ortaya çıxması polis rəisini əndişəyə salıb.

Bilgili qaynağımızın redaksiyamıza verdiyi məlumatlara görə, artıq polis rəisi vəziyyətin son dərəcə çıxılmaz olduğunu görüb Xəyal Rüstəmova əvvəlki tarixə “rapotr” yazmasını və işdən azad olunmasını tələb edib. Belə olduğu halda Xəyal Rüstəmovla Fizuli Şixəliyev arasında mübahisə yaranıb. Baxmayaraq ki, əvvələr öz rəisinin “təlimatına” uyğun bir şəkildə hərəkət edən Xəyal Rüstəmov bu məqamda rəisinin “təlimatına”qarşı çıxaraq rayonu tərk edər, Bakı şəhərinə gəlir.  O da bildirilir ki, X. Rüstəmov Bakı şəhərində olarkən Beyləqan rayon polis şöbəsinin Şəxsi heyyəti üzrə müavini Vüsal Mirzazadəyə zəng edərək rəisə “ultimatum” göndərir ki, “əgər məni tutsalar hər şeyi açıb danışacam”.

Mənbəmiz bildirir ki, artıq hadisə ilə bağlı polis rəisi Fizuli Şixəliyev olduqca narahat və sarsıntı içindədir. O qədər fikirli olur ki, nə danışdığını belə bilmir. Xəyal Rüstəmovun həbs edilməsi rəis üçün heç də xoş olmayacaq. Heç şüphəsiz ki, Xəyal Rüstəmov təlimatı rəisdən aldığını açıb danışacaq. Bu isə Fizuli Şixəliyevin koryerasının sonu olacaq.  Görünür, artıq  rəis özü dərk edir ki, yolun sonu çatıb, burdan qaçış yoxdur ona.

Bu barədə növbəti irəlləyən günlərdə daha geniş yazacağıq. Bizi izləyin!(realmedia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam