Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Gədəbəydə "pensiya bazarı": 4-5 min ver, ömürlük büdcədən pulun gəlsin

 

Gədəbəy rayonunda misli görünməmiş pensiya maxinasiyaları baş verməkdədir.
Xeberinfo.com:  Rayon sakinlərindən AzToday.az-a daxil olan məlumata görə, Gədəbəy rayonunda tikinti və abadlıq işlərinə ayrılan pullar azaldığından İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun əli "aşağı düşüb". Odur ki, başçı bütün gücü ilə sosial müdafiə üçün ayrılan vəsaitlərin talan edilməsinə girişib.
Bir qədər əvvəl onun vətəndaşlardan saxta "veteran" statusu düzəltmək adı  ilə kütləvi pul yığdırması ilə bağlı məlumat verilmişdi. Məlum olmuşdu ki, müvafiq orqanlar bu işə razılıq verməyib, sadəcə başçı pul yığmaq eşqi ilə bu işə qol qoyub. Gözlənildiyi kimi icra başçısı yığdırdığı pulun müqabilində verdiyi sözü tuta bilməyib. Aldadıldığını başa düşən vətəndaşlar pullarını geri tələb etməyə başlayıblar. Oktay adlı rayon sakini deyib ki, yığılan vəsaiti "həzm rabe"dən keçirən başçı vətəndaşların pulunu qaytarmaq üçün yeni mənbə tapıb. Bu gün rayonda əsl pensiya bazarı açılıb.
Dövlət Sosial Müdafiə Fondunun müdiri Məsud Məmmədov başçının maraqlarını çox həvəslə təmin edir və saxta pensiya təyin edilməsi üçün fantastik məbləğdə rüşvət tələb olunur. Belə ki, işləyib-işləməməsindən, xəstə olub-olmamasından asılı olmayaraq istənilən şəxs əlilliyə görə əmək pensiyası ala bilər. Saxta əlilliyin qiyməti 4-5 min manat, pensiya düzəldilmiş adamlara əgər "staj" lazım olsa, bir o qədər də xərcləməlidir. Beləliklə bir saxta pensiya vətəndaşa 8-10 min manata başa gəlir.
Məlumatda iddia olunur ki, baş verən qanunsuzluqlara Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov da göz yumur:  "Nazir anlamırmı ki, bu gün təyin edilən hər bir saxta pensiya dövlətin büdcəsinə illərlə ağır yük olacaq?"
Redaksiyamızla əlaqə yaradan rayon sakinləri ölkə başçısı İlham Əliyevə müraciət edərək xahiş edir ki, ölkədə  iqtisadi çətinliklərin baş verdiyi bir vaxtda dövlət vəsaitinin belə amansızcasına talanmasına yol verənlər haqda tədbir görsün, Səlim Müslümovun və Ramiz  Yediyarovun təsir edə bilməyəcəyi bir təşkilat vasitəsilə Məsud Məmmədovun fəaliyyətinin araşdırılmasına göstəriş versin...
Gədəbəydə yaşanan saxta pensiya qalmaqalı ilə bağlı redaksiyamıza daxil  olan çox saylı şikayətləri araşdlrmaqdayıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam