Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Başçı Şəkidə “Suriya məktəbi” açıb - FOTOLAR

Başçı Şəkidə “Suriya məktəbi” açıb

 

Şəkinin Qumux kənd orta məktəbi fəlakət içindədir

Xeberinfo.com:   Politika.Az-ın verdiyi xəbərə görə, təhsil ocağı sanki Suriya müharibəsindən çıxıb. 


Fotolardan da görmək olar ki kənd məktəbində tədris üçün şərait yoxdur. Məktubda deyilir: “Çox pis və acınacaqlı vəziyyətdə olan məktəbə biganə qalmayaq. Vaxt var idi bu məktəbdə 250 şagird təhsil alırdı, indi bu rəqəm 107-yə düşüb. 

Qorxuram bir gün bu şagirdlərin başına daş düşə. Allah burada təhsil alan şəgirdlərin valideynlərinə səbr versin. Kənd sakinlərinin bəzisi qorxularından uşaqlarını qonşu Moğal kəndində olan məktəbə göndərirlər”.

Məktubda deyilir: “Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin sürücüsü, bağbanı, dostlarının adına milyonlar yazılıb mənimsənildiyi halda müalicə olunmağa xəstəxanamız, oxumağa məktəbimiz yoxdur”. 

Kənd sakinləri ölkənin birinci xanımı Mehriban Əliyevaya, təhsil naziri Mikayıl Cabbarova, maliyyə naziri Samir Şərifova, o cümlədən Şəkinin icra hakimi Elxan Usubova müraciət edib. Onlar məktəbin ya təmir olunmasını ya da yeni bina inşa edilməsini xahiş edirlər: 

“Bu şəraitdə oxumaq təhlükəlidir. Nazir məktəblərin inkişafında danışır. Ancaq bu inkişaf kəndimizdə fontan vurur. Tək ümidimiz Mehriban xanımadır. Çünki rayon rəhbərliyi də bizimlə maraqlanmır”. 

Başçı Şəkidə “Suriya məktəbi” açıb
Başçı Şəkidə “Suriya məktəbi” açıb
Başçı Şəkidə “Suriya məktəbi” açıb

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam