Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beyləqanda oliqarx bələdiyyə sədri - FOTOLAR

 

 

Beyləqan Azərbaycanın strateji rayonlarından biri olmaqla yanaşı, həm də işğalçı ermənilərin hədəfində olan yaşayış məntəqələrimizdən sayılır.

Xeberinfo.com:   Hələ Birinci Qarabağ savaşı zamanı erməni terrorçuları dəfələrlə bu rayonu ələ keçirmək üçün cəhdlər etsələr də, arzularına çata bilməmişdilər. 

Jam.az xəbər verir ki, Beyləqan rayonu bəzi yerli məmurlar və özünüidarəetmə orqanlarının da qazanc yerinə çevrilib. Şəhər Bələdiyyəsinin sədri Novruz Quliyev 2014-cü ildə səsvermə yolu ilə deyil, tapşırıq əsasında bələdiyyə sədri seçildikdən sonra pul qazanmağın bütün yollarını axtarıb, tapmağı bacarıb. 

Bunun əyani sübutlarından biri odur ki, Quliyev bələdiyyə sədri olmamışdan öncə köhnə birmərtəbəli evdə yaşayırdısa, hazırda ikimərtəbəli, özü də cəh-cəlallı bir sarayda yaşayır. Onun bələdiyyə sədri seçilməsi isə hələ seçkilərdən sonra beyləqanlılar tərəfindən təəccüblə qarşılanmışdı. Çünki heç bir idarəçilik təcrübəsi olmayan, rayonda daha çox diş həkimi kimi tanınan bir şəxsə belə starteji rayonu etibar etməyin kifayət qədər müəmmalı olduğu dilə gətirilirdi. 

Sakinlərin dediyinə görə, Novruz Quliyev vəzifəsindən sui-istifadə edərək, hərracdan kənar torpaq alveriylə məşğul olur. İddialara görə, sözügedən şəxs məhz bu addımları sayəsində bir ilin içində xeyli varlanmağı bacarıb. 

Məlumatlarda vurğulanır ki, Novruz Quliyev Beyləqanın sabiq icra başçısı, əhali arasında heç də yaxşı münasibətə malik olmayan Xasay Əhmədovun kürəkənidir. İcra başçısı olduğu müddətdə Beyləqanın Mərkəzi Bazarına sahiblənən Əhmədov, bu gün də oradan özünə gəlir götürməkdə davam edir. 

Novruz Quliyev də qayınatasının bu hərəkətlərindən bəhrələnən biridir və bu səbəbdəndir ki, onun Beyləqan bazarının qarşısında uzunluğu 150 metr olan obyektləri sıralanıb. Həmin dükanlar hazırda icarəyə verilib. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam