Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Baş həkim nazirin göstərişlərinə əhəmiyyət vermir?

 

 

24 saylı Birləşmiş Şəhər Xəstəxanasında bazar açılıb?

Xeberinfo.com:   Azərbaycanda dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri də səhiyyə sistemidir.

Bildiyiniz kimi, ölkə başçısının diqqət və qayğısı nəticəsində son illər istər Bakıda, istərsə də rayonlarımızda müasir tibbi avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri istifadəyə verilib. Həmçinin bərbad vəziyyətdə olan onlarla xəstəxana binası əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Bütün bunlara baxmayaraq, səhiyyə sektorunda müəyyən problemlər hələ də mövcudluğunu qoruyub saxlayır. Serhed.info-ya daxil olan məlumatlarda bildirilir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında əməlli-başlı bazar açılıb. Qəsəbə sakinlərindən birinin verdiyi məlumata əsasən, Azər Məmmədovun rəhbərlik etdiyi səhiyyə müəssisəsi dövlət büdcəsindən maliyyələşsə də, buranın özəl klinikalardan heç bir fərqi yoxdur: «Xəstəxanada göstərilən bütün xidmətlərin qarşılığında vətəndaşlardan «şirinlik» tələb edilir. Halbuki, nazir Oqtay Şirəliyev bir neçə il əvvəl dövlət xəstəxanalarında pullu tibbi xidməti ləğv edib. Burda işləyən heç bir həkim deyə bilməz ki, müayinə müqabilində vətəndaşdan pul almayıb. Xəstəxana bir müddət əvvəl təmirdən çıxıb. Həkimlərin rahat işləyə bilməsi üçün hər cür şərait yaradılıb. Amma baş həkim Azər Məmmədov tibb ocağının öz gücü ilə işəməsinə imkan vermir. Dövlət tərəfindən xəstəxanada qeydiyyatda olan güzəştli xəstələrə dərman və tibb ləvazimatları ayrılır. Təəssüf ki, vətəndaşlar həmin vasitələri əldə etməkdə çətinlik çəkirlər. Mütləq həkimlərə nəysə verilməlidir». İddialara əsasən, Azər Məmmədov 24 saylı Birləşmiş Şəhər Xəstəxanasına baş həkim təyin olunandan sonra şəxsi maliyyə imkanlarını xeyli artırıb. Deyilənə görə, baş həkimin qiyməti təxminən 50 min manata yaxın olan «Toyota» markalı avtomobili var. Bundan başqa, onun hər ay həkimlərdən müxtəlif bəhanələr adı altında pul yığdığı da yayılan məlumatlar arasındadır. Baş həkimlə bağlı başqa iddialar da var. Bu barədə növbəti yazımızda bəhs edəcəyik.

Redaksiyadan:  Qarşı tərəfin də cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam