Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fərman Kərimzadə anıldı

         

 

  Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində tarixi romanlar müəllifi kimi Azərbaycan ədəbiyyatında özünə layiqli yer tutan,mərhum yazıçı Fərman Kərimzadəyə həsr olunmuş musiqili- ədəbi  anım tədbiri keçirilmişdir.

"Xeberinfo.com":   Məlumata görə, tədbirin təşkilatçısı "Zəminxarə" xeyriyə cəmiyyəti idi. Xatirə tədbirini Cəmiyyətin rəhbəri yazıçı-dramaturq Heydərəli Beyləqani açmış,yazıçının həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat vermiş,onun haqqında olan xatirələrini danışmışdır.

    Hər zaman Azərbaycan Yazıçılar Birliyinin tədbirlərində sonda söz deməyə adət etmiş qocaman şair Oqtay Rza bu dəfə ilk çıxış edənlərdən oldu.O,Fərman Kərimzadəylə birlikdə keçirdiyi xoş günlərdən şirin xatirələr danışdı,şeirlərini oxudu.Oqtay müəllimin şirin çıxışı tədbir iştirakçıları tərəfindən böyük coşquyla qarşılandı.

  Şairin çıxışından sonra iştirakçılar qarşısına muğam ustaları,şair-bəstəkarlar: Ağakərim Nafiz,Oqtay Hacılı və xanəndə xanım Mətanət Yadigarlı çıxdılar. Onlar gözəl,bənzərsiz ifaları ilə məclisi feyziyab etdilər.Onları tarda İdris Səmədzadə,kamançada Mərkəz Şuşalı müşayət edirdilər.

   Tədbirdə Sumqayıt Dövlət Tetrının aktyorları Hacı Qurban Bayraməlioğlu,Elman Əhmədli,Növrəstə Xanəliqızı,Vəfa Əliqızı və Rövşən Sumqayıtlı Əliheydər Beyləqanlının Fərman Kərimzadənin həyat və yaradıcılığından bəhs edən səhnəciyində çıxış etdilər.

    "Respibulka"qəzetinin əməkdaşı Rauf  İlyasoğlu,"Sahibkarlıq və hüquq"qəzetinin baş redaktorunun birinci müavini Məhərrəm Şəmkirli,şair Nizami Girdimançaylı və başqaları da  yazıçı haqqında fikirlərini bölüşmüş,təşkilatçılara böyük təşəkkürlərini bildirmişlər.

 

   Məhərrəm Şəmkirli    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam