Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əflatun Amaşov Orxan Fikrətoğluna mükafat verdi

 

Bu gün Mətbuat Şurasında keçirilən görüşdə yazıçı-publisist Orxan Fikrətoğluna mükafat təqdim olunub.

 

Xeberinfo.com:  Məlumata görə, toplantıda çıxış edən MŞ sədri Əflatun Amaşov 50 illik yubileyini qeyd edən O.Fikrətoğlunun özünəməxsus yaradıcılıq dəst-xəttindən söz açıb. Deputat bildirib ki, yubilyarın çoxşaxəli diapazona malik fəaliyyətində başlıca yeri jurnalistika tutub:

“Biz Orxan Fikrətoğlunu həm də istedadlı ssenarist və rejissor kimi də tanıyırıq. O, kino işinin müasir dövrdəki ən yaxşı bilicilərindəndir. Ancaq hesab edirəm ki, digər fəaliyyət istiqamətləri çıxış nöqtəsini məhz jurnalistikadan və publisistikadan götürüb. Onun təqdimatları hər zaman düşündürüb. Düşündürdükcə də insanlar əsl həqiqətlərin nədən ibarət olduğunu daha yaxından dərk etmək imkanı qazanıblar”.

Görüşdə O.Fikrətoğluya Mətbuat Şurasının “Həqiqətə xidmətə görə” mükafatı da təqdim olunub.

Yazıçı-publisist çıxışında yaradıcılığının müxtəlif məqamları ilə bağlı fikirlərini səsləndirib, xatirələrini bölüşüb. O, əməyinə verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam