Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Nərimanovda Şöhlət Əfşarın gənclərlə görüşü - FOTOLAR

 

Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Premier Expo” otelində istedadlı yazıçı-şair Şöhlət Əfşarın rayon gəncləri görüşü keçirilib.

Xeberinfo.com:   Məlumata görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladı, bu görüşün məqsəd və əhəmiyyətindən danışdı, Şöhlət Əfşarın həyat və yaradıcılığından gənclərə qısa məlumat verdi, şairin əsərlərindəki vətənpərvərlik ruhundan, gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyətə malik olan yurd, torpaq sevgisindən danışmışdır. N.Novruzov qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev yazıçı və şairlərimizin yubileylərinin təntənəli şəkildə keçirilməsinə, əsərlərinin çap olunmasına, təltif olunmalarına, onların heykəllərinin ucaldılmasına, məişət şəraitlərinin yaxşılaşdırılmasına böyük önəm vermişdir. Ulu öndər Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi böyük qayğının onun ləyaqətli  davamçısı Azərbycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi Azərbaycan ədəbiyyatının yeni intibahı üçün geniş imkanlar açır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə böyük məhəbbəti, hörmət və sevgisi möhtərəm dövlət başçımızın, bütövlükdə, Azərbaycan xalqına və milli dövlətçiliyimizə sonsuz sevgi və sədaqətindən qaynaqlanır.

Görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qurban Bayramov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Miri Həsənov, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı Oqtay Rza və digər qonaqlar Şöhlət Əfşarın yaradıcılığını, keçdiyi ömür yolunu, gənclərlə ilə görüşə gəlməsin yüksək dəyərləndirib ona yaradıcılıq uğurları arzulayıb, şairin şeirlərini söyləyərək ona olan məhəbbətlərini, sevgilərini dilə gətiriblər.

Sonra yazıçı-şair Şöhlət Əfşar tədbirə görə təşkilatçılara və rayon gənclərinə təşəkkürünü bildirib. Tədbir iştirakçılarının arzusu ilə qələmə aldığı şeirlərindən bir neçəsini səsləndirib.

Tədbirdə şairin sözlərinə yazılmış mahnılar dinlənilmiş, hazırlanmış “Şuşanın şikəstəsi”,  “Ey nər igidlər”,  “Üç rəngli Bayrağım” kliplər nümayiş etdirilmişdir.

Sonda yazıçı-şair Şöhlət Əfşar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən əsərlərində Dövlət atributlarının, gənclər arasında Vətənpərvərlik hisslərinin fəal təbliğinə və gənc nəslin milli-mənəvi tərbiyə olunmasında göstərdiyi xidmətlərə  görə “Gənclərin Dostu” adına layiq görülmüşdür.

 
















 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam