Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nərimanovda "Hər bir damla - bir həyat" adlı qanvermə aksiyası keçirildi - FOTOLAR

 

Xeberinfo.com:   Bu gün Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan - İsrail Beynəlxalq Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara yardım məqsədi ilə "Hər bir damla - bir həyat" adlı qanvermə aksiyası keçirilmişdir. 

Aksiyada Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, dünya üzrə səfir, insan hüquqlarının müdafiəsi üzrə komisar, Yaxın Şərq Tərəfdaşlığı İnstitunun Qüds üzrə rəhbəri, ictimai və siyasi xadim Aleksandr Şapiro Suliman, İnsan Hüququları Müdafiəsi üzrə Beynəlxalq Komitənin nümayəndəsi Firdovsi Ələkbərov, “Azinforum” İnformasiya Agentliyinin baş redaktoru Məhəmmədəli Qəribli, rayonda fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının sədrləri, fəal üzvləri və rayon gəncləri iştirak etmişdir. Könüllülük əsasında keçirilən aksiyada 150 nəfər gənc iştirak etmişdir.

Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək qeyd etmişdir ki, Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Mərkəzin fəaliyyəti irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən xəstə uşaqlar, eləcə də onların valideynləri üçün böyük əhəmiyyət daşıyır. Çünki bu xəstələrin həyatı ilk növbədə onlara hər ay qan köçürülməsindən və hər gün dəmirqovucu preparatlar verilməsindən asılıdır. Azərbaycanda talassemiya xəstəliyi sürətilə yayılır. Əhalinin hər 9 nəfərdən biri talassemiya daşıyıcısıdır. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Cənab İlham Əliyevin Fərmanına əsasən yeni ailələrin sağlam olması üçün nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməlidir. Bu da gələcəkdə bir çox xəstəliklərin qarşısının alınması üçün böyük əhəmiyyət göstərir.

Sonra çıxış edən Azərbaycan Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, dünya üzrə səfir, insan hüquqlarının müdafiəsi üzrə komisar, Yaxın Şərq Tərəfdaşlığı İnstitunun Qüds üzrə rəhbəri, ictimai və siyasi xadim Aleksandr Şapiro Suliman, İnsan Hüququları Müdafiəsi üzrə Beynəlxalq Komitənin nümayəndəsi Firdovsi Ələkbərov, “Azinforum” İnformasiya Agentliyinin baş redaktoru Məhəmmədəli Qəribli və Azərbaycan Kooperasiya Universiteti tələbə-gənclər təşkilatının sədri Tamerlan Əkbərov vurğulayıblar ki, dünyada hər iki saniyədə bir nəfərin qana ehtiyacı olur. Qan donorluğu nəinki həmin insanların həyatını xilas edir, həm də qan donorunun sağlamlığına müsbət təsir göstərir. Belə ki, qanvermə ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azaldır və immun sisteminə müsbət təsir göstərir.

Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə bir qayda olaraq müayinədən keçmiş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.

Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

 














Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam