Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neftçala icra haklimiyyəti bu görüntüləri "görülmüş işlər" kimi təqdim edir -FOTOLAR

Neftçala icra haklimiyyəti bu görüntüləri "görülmüş işlər" kimi təqdim edir - FOTO
Neftçala Rayon İcra Hakimiyyətinin rəsmi portalında Neftçala bələdiyyəsinin fəaliyyəti ilə bağlı məlumat və görüntülər ciddi narazılıq yaradıb.

Yenixeber.org: Məlumatda qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində əsas istiqamət kimi götürülür. Qeyd olunur ki, Neftçala bələdiyyəsi də bu siyasətə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində müvafiq işlər həyata keçirir.
Rəsmi açıqlamada bildirilir ki, rayonun mərkəzi qəbiristanlığında dəfnlərin rahat keçirilməsi və nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədilə 400 metrlik hissədə hamarlanma işləri aparılıb, hərəkət üçün əlverişli şərait yaradılıb.
Lakin yayılan fotolar tam fərqli mənzərə ortaya qoyur. Görüntülərdən aydın olur ki, qeyd olunan ərazidə nəinki ciddi yol infrastrukturundan, adi bir fəaliyyətdən belə söhbət getmir. Cəmi bir neçə metrlik hissədə yolun üst qatının tələsik şəkildə hamarlanması, qəbiristanlıq yolunun müəyyən hissəsinə isə daş qalıqları və tikinti tullantılarının tökülməsi müşahidə olunur.
Yerli sakinlər hesab edirlər ki, təqdim olunan məlumatla faktiki vəziyyət arasında ciddi ziddiyyət var və bu cür işlərin “infrastrukturun yaxşılaşdırılması” kimi təqdim edilməsi doğru deyil.(bizimesr.az)
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam