Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Füzulili qadınlar Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanladılar

 

 

 

     "xeberinfo.com": Füzuli rayon Bala Bəhmənli kənd qadınları xanım Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanladılar

 

  Məktubada deyilir:

           

    Hörmətli Mehriban xanım,

           

       Biz Füzuli rayonunun 3 mindən artıq əhalisi olan Bala Bəhmənli kəndinin sakinləri bu məktubla Sizə olan hörmət və ehtiramımızı bildirməyi özümüzə borc bilirik.

         İşğaldan azad olunmuş bizim ərazidə ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığı ilə əhalinin normal yaşaması üçün hər cür şərait yaradılmışdır, güzəranımız olduqca yaxşıdır.

        Dövlətimizin qayğısı sayəsində öz evimizdə məskunlaşıb yaşayırıq. Təmənnasız olaraq işıq, qaz, su və başqa məişət qayğılarımız həll olunmuşdur, bizə çörək pulu, müxtəlif vaxtlarda ərzaq yardımı edilir, müraciətlərimiz gecikdirilmədən həll edilir.

      Kəndimizdə məktəb, həkim məntəqəsi, mədəniyyət evi, kitabxana, əhaliyə xidmət göstərən hər cür xidmət sahələri vardır.

            Hörmətli Mehriban xanım,

            Kəndimizdə bir uşaq bağçası vardır, işğal dövrü dağıdıldığından uşaqlara yararsız, uyğunlaşdırılmış binada çətin şəraitdə qulluq olunur. Uşaqların yeni bağçaya ehtitacı vardı.

            Çox sağ olun Mehriban xanım. Bu günlərdə Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu kəndimizdə müasir, yeni 60 yerlik uşaq bağçasının tikintisinə başlamışdır. Tikinti işləri sürətlə aparılır. Bir neçə aya bağçanın istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bütün əhalimiz Sizə minnətdardır.

            Fondun köməkliyi ilə Horadiz şəhərində tikilib istifadəyə verilmiş 240 şagird yerlik tam orta məktəbə görə və hazırda Horadiz şəhərində tikilən 100 çarpayılıq bağçaya görə bütün əhali Sizdən çox razıdır.

            Sizə uzun ömür, möhkəm can sağlığı, işlərinizdə böyük uğurlar arzulayırıq.

           

         Allah Sizi qorusun.

           

 

            


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam