Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı

 

 

Bu gün rayonun Bala Bəhmənli kəndində 60 çarpayılıq uşaq bağçasının təməlqoyma mərasimi keçirilmişdir.

 

 

"xeberinfo.com":Ölkə Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Füzuli rayonunda iqtisadiyyat, mədəniyyət, abadlıq-quruculuq sahəsində geniş miqyaslı işlər görülür.

Rayon sakinlərinin həyat səviyyəsinin yüksəldilməsində, onlara göstərilən xidmətin yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun, onun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın böyük köməyi vardır. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə keçən il Horadiz şəhərində 240 şagird yerlik ikimərtəbəli, ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompyuter, istilik sistemi ilə təchiz olunmuş, müxtəlif növ ağaclar əkilmiş bir hektara yaxın ərazisi olan məktəb tikilərək pedoqoji kollektivin istifadəsinə verilmişdir.

Hazırda Fondun köməkliyi ilə Horadiz şəhərində 100 çarpayılıq uşaq bağçalarının tikintisinə başlanmışdır.

Bu gün isə Heydər Əliyev Fondunun köməkliyi ilə Bala Bəhmənli kəndində 60 çarpayılıq uşaq bağçasının təməlqoyma mərasimi keçirilmişdir.

 

Tədbir iştirakçıları Horadiz şəhərinin və digər yaşayış məntəqələrinin simasına yeni bir gözəllik bəxş edən məktəb və uşaq bağçalarının tikilərək istifadəyə verilməsinə görə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam