Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısı dövlətin pullarını belə taladı - Şok rəqəmlər

 

1450347224_ded6a9c3fe2974a31b8a4f65fd22d62cAğcabədi sakinləri redaksiyamıza məktub yazıb. Rayonda yaşayan Əliyev Zakir Şirin oğlu, Nərimanov Nizami İnqilab oğlu, Alıyev Akif Yaqub oğlu, Hacıyev Şükür Mərkəz oğlu, Paşayev Rasim Əhmədalı oğlu icra başçısı Şahin Məmmədovun qanunsuzluqlarını ifşa ediblər.

Xeberinfo.com:  Məktubda Ağcabədidə məmur zülmünün ərşə dirəndiyi qeyd olunub. Prezident İlham Əliyevə müraciət edən məktub müəllifləri icra başçısının barəsində ölçü götürülməsini xahiş edirlər.

Müraciəti təqdim edirik:

“13 aprel 2015-ci il tarixində Ağcabədi rayon İH Başçısı Şahin Məmmədov 120 sahibkarın qarşısında açıq bəyan etdi ki Ağcabədi rayon Haramı adlanan ərazilər satılıb. Sahibkarlar oranı 2 ay müddətində tərk etməlidir. O bildirdi ki, ona 2008-ci ildə bu torpaqlarla bağlı 5 diplomat pul təklif olunub.

O, hazırda həmin torpaqların satılmasını bəyan edir və sahibkarlara ərazini tərk etməyi bildirir. Ağcabədi rayonu Sarıcalı kəndinə məxsus olan 3000 hektar, Kəbirli kəndinə məxsus olan 2800 hektar camaatdan zorla alınaraq başçı tərəfindən başqa şirkətlərə satılıb.

Abadlıq adı altında sahibkarlardan milyonlarla manat vəsait alınaraq başçı tərəfindən mənimsənilib.

Saxta tender adı altında Pərioğullar kəndinə 13200 manat, Salmanbəyli kəndinə 9400 manat, Şahsevən kəndinə 4200 manat, Yeni Qaradolaq kəndinə 13200 manat, Hacibədəli kəndinə 29200 manat, Hüsülü kəndinə 15800 manat, Qaradolaq kəndinə 13200 manat, Hacılar kəndinə 9400 manat, Minəxorlu kəndinə 9400 manat, Ağcabədi şəhər nümayəndəliyinə 85500 manat, Şərəfxanlı kəndinə 6800 manat, Kəbirli kəndinə 8400 manat, Boyad kəndinə 22500 manat, Rayon təhsil şöbəsinə 252990 manat, Mədəniyyət şöbəsinə 102624 manat, Təhsil şöbəsi CAVİD Kİ MMC-yə 113890 manat, Təhsil şöbəsi ƏZİM 3M MMC-yə 112910 manat, Mərkəzi xəstəxana TÜNZALƏ V MMC-yə 86900 manat, Mədəniyyt şöbəsi ÜLKƏR H MMC-ya 47950 manat, RASMİK MMC-ya 24812 manat, Ağcabədi şəhər icra nümayədəliyinə 650462 manat pullar saxta sənədlər əsasında mənimsənilib”.

Məktubda deyilir: “Ağcəbədi ərazisində yolların əsaslı təmir edilməsi adı altında 650462 min manat pul köçürülmüş “Ağcəbədi fərid”MMC-nin sahibi isə Ağcəbədi rayon 33 saylı yol istismar sahəsinin rəisi Vidadi Cəfərovun oğlu Fuad Cəfərovundur. Ağcəbədi MMC-nin rəsmi sənədində sahibi Fuad Cəferov göstərilsə də bu şirket Ağcabədi rayonun 33 saylı yol idarəsinin rəisi Vidadi Cəferovun şirkəti kimi tanınır. Vidadi Cəfərovun rəhbərlik etdiyi şirkətin Ağcəbədi rayon 33 saylı yol idaresi isə Ağcəbədi rayonun Hüsülü, Kürdlər, Şərəfxanlı, Mirzehaqverdili kəndlərini birləşdirən və ümumi uzunluğu 41 km olan yolun 19.4 km hissəsinin təmir işləri ilə bağlı tenderin qalibidir.

5.000000 milyon manatdan artıq büdcəsi olan tenderin V.Cəfərov rəhbərlik etdiyi Ağcabədi rayon 33 sayli yol idaresinin 650 min manatdan artıq büdcəsi olan Ağcəbədi şəhər ərazisində “yolların təmiri”adı altında keçirilən tenderində V.Cəferovun oğlunun adına olan şirkəti qazanıb.

Ağcəbədi rayonun icra hakimiyyəti başçısı Almanyanın Münhen və Köln şəhərində Türkiyənin ən bahalı ərazisi olan Beşiktaş və Başaq şəhərlərində bina evi və villası var. Şahin Məmmədovun Abşeron yarmadasında,Qaraçuxur və Masazır qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villaları var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam