Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Qobustanın icra başçısının da oğlu tender qalibi oldu... -Laçının abadlaşmasında...

img

 Laçın rayon İcra Hakimiyyəti daha bir tenderə yekun vurub.

Yenixeber.org: Rəsmi qaynaqlardan belə məlum olur ki, bu tender Qayğı qəsəbəsində bir sıra işlərin reallaşdırılması məqsədi ilə keçirilib.
Belə ki, Laçın İcra Hakimiyyəti Qayğı qəsəbəsində abadlıq işləri, qəsəbə daxili yolların cari təmirini, qəsəbə daxili işıqlandırmanı həyata keçirəcək. Bu işlərin ümumi dəyəri 696 min 170 manat təşkil edir ki, bununla əlaqədar “AVTOYOLTIKINTISERVIS” MMC ilə müqavilə imzalanıb.
Qeyd edək ki,sözügedən MMC-nin qanuni təmsilçisi Ramin Adil oğlu Məmmədovdur.
Bura qədər hər şey qaydasındadır. Laçın İcra Hakimiyyəti tender keçirib, iştirakçı şirkətlərdən biri də prosesə qatılıb, sərəfli təklif verib və qalib olub. Amma udan şirkətin kimə məxsus olması məsələnin əksini deməyə də əsas yaradır.
Yenixeber.org olaraq araşdırmalarımızla məlum oldu ki, “Avtoyoltikintiservis” MMC-nin qanuni təmsilçisi Ramin Məmmədov Qobustanın icra başçısı Adil Məmmədovun oğludur. Həmin məlumatlara görə, Ramin Məmmədov məhz atasının nüfuzu və vəzifəsindən istifadə edərək, əksər iri tenderlərin qalibi ola bilir. Güman ki, Raminin atasının icra başçısı olması səbəbindən Laçının icra başçısı Aqil Nəzərli də ona bu tenderi “hədiyyə” edib.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam