Yenixeber.org: Fəaliyyətində ciddi nöqsanlar aşkar edilərək, işdən çıxarılmaqla barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdərəsinin Təhqiqat və İstintaq Şöbəsində araşdırmalar aparılan Beyləqan rayon İcra hakimiyyətin başçısının sabiq müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov yeni vəzifəyə iddialıdır.
Beyləqan rayon İcra hakimiyyətindəki mənbəmiz bildirir ki, keçən həftədən Beyləqan şəhər ərazi inzibati üzrə nümayəndəliyinin qoltuğu boşalıb. Məhəmməd Qələndərovda bu füsəti fövtə verməyib boşalan qoltuğu doldurmaq üçün çaba sərf edir.
Mənbəmiz iddia edir ki, Məhəmməd Qələndərov Beyləqanın Eyvazallar kəndində bir çox sahibkarları aldadaraq, onların istifadəsində olan torpaq sahələrinin istifadə müddətini – müqavilələrinin artırılması adı ilə onlardan müəyyən məbləğdə pul alaraq qarşılığında isə heç bir iş görməyib. Məhz elə bu səbədən də həmin sahibkarlar Məhəmməd Qələndərov barəsində Baş prokurorluğun aniti-korrupsiya idarəsinə şikayətlər ünvanlayıblar. Vətəndaşların çoxsaylı şikayətləri əsasında təhqiqat və istintaq araşdırmaları gedir. Belə bir məqamda isə, M. Qələndərovun yeni vəzifəyə iddialı olması təccüb doğurmaya bilməz. Görünən odur ki, Qələndarov ondan şikayətçi sahibkarlardan aldığı pulları geri qaytarıb, onları razı salmaq əvəzinə yeni vəzifəyə -Beyləqan şəhər Ərazi İnzibati üzrə nümayəndəsi postuna yeyelənmək sevdasına düşüb və bunun üçün də o, icra başçısına minnətçi salıb. İddia olunur ki, M. Qələndərov hətta bunun üçün “yuxarılardakı” əlaqələri vasitəsilə də icra başçısına təzyiqlər etməyə çalışır. Lakin icra başçısının Məhəmməd Qələndərova vəzifə verməməkdə israrlı olduğu bildirilir.
Saytımıza danışan mənbə onu da iddia edir ki, heç kimə sirr deyil ki, Məhəmməd Qələndarovun ən yaxın adamları icra hakimiyyətində müxtəlif şöbələrdə vəzifə tutrlar. Bunlar hər addımda da icra başçısına əngəl yarada bilirlər. Məsələn, icra başçısının qəbuluna gələn sakinlər barəsində icra başçısına düzgün olmayan məlumatlar verirlər, ümumiyyətlə, qəbula gələn vətəndaşları (ələlxsusda yerli məmurlardan şikayətə gələn vətəndaşları)qəbula buraxmır, onların ərizə və müraciətlərinə düzgün cavablar vermirlər. Beləliklə də dərdinin çarəsi üçün icra başçısına ümid bəsləyib qəbula gələn rayon sakinləri məcburiyyət qarşısında qalıb dərdlərini yuxarılara, bəzən elə olurda ki, səfirliklərə yazmaq zorunda qalırlar.
Bu hoqqaları çıxardanlar kimlərdi bəs? Bunlar onlardı ki, vaxtı ilə M. Qələndərov icra başçısının müavini işləyərkən həmin şəxslərə havadarlıq edib, onların rəvac verdikləri korrupsiya hüquqpozmalarını, rüşvətxorluq və digər çoxsaylı qanunsuz əməllərini ört-bastır edib. Məhəmməd Qələndərova yaxınlığı ilə seçilən yerli məmurlar ona bu formada sədaqət nümayiş etdirərək icra hakimiyyətində “hörümçək toru” quraraq icra başçısını həmin tora düşməsi üçün müxtəlif planlar həyata keçirirlər.
Mənbəmiz iddia edir ki, icra başçısı ilk öncə boşalan vəzifələrə təyinat barədə yox, ona qurulan “hörümçək toru” nu dağıtmaq haqda düşünməli, ətrafını tor quranlardan təmizləməlidir.
RealMedia.az