Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polkovnik qardaşlar banka və vətəndaşa borclu düşüb-ŞİKAYƏT

 

Yenixeber.org: Tovuz rayon sakini Əliyev Elxan Rüstəm oğlu Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Briqada şəklində mənzil və ofislərin təmirini həyata keçirib. Əvvəllər Daxili İşlər orqanalrında çalışmış Münasib Məhərrəmovla birgə işləyib. Əliyev Elxanın bildirdiyinə görə, işləri yerinə yetirdikdən sonra bəzən nəğd pul olmayanda ona obyekt və mənzillər verilib. Münasib Məhərrəmov isə həmin obyektləri öz yaxın adamlarının adına keçirməklə Əliyev Elxana usta və fəhlələrin pulunun ödənilməsi üçün nəğd pullar verib. Lakin Əliyev Elxanın hesabına görə Münasib Məhərrəmov ona 540 min borcludur. Sonuncu isə bu pulu ödəməkdən imtina edir. Bildirir ki, onun banka külli miqdarda borcu var. Münasib Məhərrəmov və onun Ədliyyə orqanlarında işləyən digər polkovnik qardaşı Babək Məhərrəmovun banka borclu olması məhkəmə sənədləri ilə təsdiq olunur.

Əliyev Elxan onların banka borclu olmasını bəhanə kimi dəyərləndirib. O, bildirib ki, Məhərrəmov qardaşları keçmiş Daxili İşlər naziri Ramil Usubov və Prezidentin Mühafizə Xidmətinin rəhbəri Bəylər Əyyubova arxalanırlar.

Məhərrəmov qardaşlarından digəri- Nöfəl Məhərrəmov isə uzun müddət polis rəisi işləyib. Xaçmaz Rayon polis şöbəsindən sərəncama göndərilib. Elxan Əliyev qardaşların Bakı şəhərində xeyli daşınmaz əmlaka sahib olduğunu da bildirib. NZS qəsəbəsindəki Pivə zavodunun, “Zümrüd” restoranın və digər obyektlərin onlara məxsus olduğunu deyib.


Şikayətçi Əliyev Elxan Prokurorluq və Daxili İşlər orqanlarına dəfələrlə müraciət etsə də qənaətbəxş cavab almayıb. Oktyabr ayında intihara cəhd də edib. Bununla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində olarkən bu əməli bir daha etsə onu uzun müddətə həbs edəcəklərini də bildiriblər. Buna baxmayaraq Əliyev Elxan Prezidentin “kartej”inin qarşısına çıxmaqla özünə qəsd edəcəyini deyib. Bundan ayrı çarəsinin qalmadığını bildirib.
Yazıda adı şəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.(azadlıq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam