Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əbülfəz Məlikovun İtaliya macəraları –Onu xilas edən əl kimdir?

 

Yenixeber.org: Ötən günlərdə “Əbülfəz Məlikovu 2015-də İstanbul polisi niyə saxlamışdı?” başlıqlı ötən yazımızda qeyd etmişdik ki, savadlı və intellektual şəxs kimi tanınan, gömrüyün beyin mərkəzi hesab edilən “Trans Broker” MMC-nin rəhbəri, hazırda Abşeron Logistika Mərkəzinin yönətici adamı Əbülfəz Məlikov gömrük sistemində böyük bir korrupsiya şəbəkəsi yaradıb. 

“Broker” şirkətinə rəhbərlik edən Əbülfəz Məlikov həmişə dövlət gömrük komitəsinin sabiq sədri  Kəmaləddin Heydərovun və indiki sədri Səfər Mehdiyevin “sağ əli” olub.  Və nəticədə 100 milyonlar dəyərində əmlaka və sərvətə sahib olub.
Əlbəttə hər bir vətəndaşımızın zəngin olması qürurvericidir. Ancaq  bu əmlakın mənbəyi ciddi suallar doğurur. Digər tərəfdən xalqdan oğurlannış milyonların eyş-işrətə, Don Juan-lığa xərcləməsi dəfələrlə Əbülfəz Məlikova problem yaradıb.
Ötən yazıda qeyd etdiyimiz kimi, bu həyat tərzinə görə İstanbul polisi  2015-ci ildə Əbülfəz Məlikovun qaldığı oteldə əməliyyat keçirib. Kamal müəllimin sayəsində canını qurtaran Məlikov təəssüf ki, öz əməllərindən əl çəkməyib.

Redaksiyamıza daxil olan məlumata görə, Əbülfəz Məlkovun növbəti eşq macərası İtaliyanın məşhur otellərindən birində baş verib. Oteldə məşhur xanım və nüfuzlu Azərbaycan məmuru da olub. Yenə Bakı işə qarışmalı olub. Bu dəfə Məlkovu İtaliya polisindən kim xilas edib?(nuh.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam