Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Abşeron İcra Hakimiyyətindən şikayət –“BU QANUN-QAYDASIZ TİKİNTİLƏR RAHATLIĞIMIZI POZUB…" (Fotolar)

 

IMG-20190805-WA0001

Abşeron rayonu Masazır qəsəbəsi, Süleyman Rüstəm küçəsində yaşayan bir qrup sakin redaksiyamıza müraciət edərək, evlərinin ətrafında heç bir normaya uyğun gəlməyən tikintinin aparılmasından şikayət ediblər.

Yenixeber.org: Şikayətçilər bildirirlər ki, həmin küçədə olan 10 sot boş ərazini alaraq tikintiyə başlayanlar ətrafda yaşayan insanlara problem yaradırlar: “Bir qədər əvvəl həmin ərazidə çox sıx şəkildə yaşayış evlərinin tikintisinə başlayıblar. Həmin evləri tikənlər heç bir qaydaya, normaya əməl etmirlər. Nə tikdikləri yeni evlərin arasında, nə də ətrafdakı yaşayış evləri ilə aralarında normalara uyğun məsafə qoymurlar. Hətta yeni tikilən evlərin divarlarını uzun illərdir ətrafda yaşayan insanların evlərinin divarlarına bitişdirirlər. Bununla bağlı dəfələrlə şikayət etsək də, qarşısı alınmır. Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə gedərək, arxitektorla görüşüb şikayətimizi bildirmişik. O da guya ərazi üzrə icra nümayəndəliyinə tikintilərin dayandırılmasını tapşırdı. Ərazi nümayəndəsi də gələrək, tikintni dayandırmağı tapşırıb getdi. Ancaq o gedəndən sonra tikintini əvvəlki kimi davam etdirdilər. Deyirlər ki, “hara istəyirsən şikayət et, biz istədiyimiz kimi tikəcəyik”. Deyirik, heç olmasa hasarlara bitişik tikməyin, buna da razı olmurlar”.

Şikayətçilərin sözlərinə görə, ərazidə tikinti aparanlar tez başa çatdırmaq üçün gecə də iş gördürürlər. Bəzən gecə saat 12-də gətirib daş boşaldırlar, səhərə yaxın 5-də səs-küylü formada tikintiyə başlayırlar. “Dəfələrlə narazlılığımızı bildirsək də, hətta “102” xidmətinə zəng vursaq da, nəticəsi olmayıb. Ona görə mətbuat vasitəsilə şikayətimizi ictimaləşdiririk ki, bəlkə əlaqədar orqanlar səsimizi eşidib, tədbir görələr”.

Şikayətçilər hesab edirlər ki, bu qanun-qaydasız tikintilər Abşeron Rayon İcra Hakimiyyətinin razılığı əsasında aparılır. Ona görə şikayətlərinə əhəmiyyət verilmir.AzPolitika.info

 

IMG-20190805-WA0002IMG-20190805-WA0005IMG-20190805-WA0008IMG-20190805-WA0010IMG-20190805-WA0011IMG-20190805-WA0013IMG-20190805-WA0014



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam